Xəbərlər ::

SİYASƏT :: Azerbaycan XİN-den Türkiyeye başsağlığı: "Terrorizmi qınayırıq!"

21-07-2015 10:20

Azerbaycan Xarici İşler Nazirliyi Türkiyede baş veren terror aktını ile bağlı beyanat yayıb. Payiz.Az-ın nazirliyin metbuat xidmetine istinaden melumatına göre, beyanatda deyilir:

"Biz, Türkiyenin Şanlıurfa vilayetinin Suruç rayonunda töredilmiş terror aktını qeti şekilde pisleyirik. Bu terror aktının qurbanı olmuş şexslerin ailelerine ve qardaş Türkiye xalqına derin hüznle başsağlığı verir ve yaralananların tezlikle şefa tapmasını dileyirik. 

Terrorizmden eziyyet çeken dövlet kimi, terrorizmin bütün forma ve tezahürlerini keskin şekilde qınayır ve qardaş Türkiye ile hemreyliyimizi bir daha vurğulayırıq”.


Oxunub 261 defe