Xəbərlər ::

SİYASƏT :: Rauf Arifoğlu istefa erizesi yazdı: "AXCP Müsavatı şantaj edir"

21-07-2015 10:41

“Yeni Müsavat” qezetinin baş redaktoru Rauf Arifoğlu üzvü olduğu Müsavat partiyasının sıralarından xaric olmaq üçün erize ile partiya başqanı Arif Hacılıya müraciet edib.

Payiz.Az-ın melumatına göre, bu barede Müsavat partiyasının başqanı Arif Hacılı özünün "Facebook" sehifesinde melumat verib: "Son gelişmelerle bağlı yersiz müzakirelere, bezi siyasi alver meyllerine son qoymaq üçün bildirirem ki, Rauf Arifoğlu öten hefte menimle görüşerek Müsavat Partiyasından çıxmaq barede erizesini teqdim edib”.

 

Rauf Arifoğlunun istefa erizesinin metnini teqdim edirik:

 

"Müsavat Partiyasının başqanı Arif Hacılıya

Partiya Divanına

Hörmetli Başqan,

Hörmetli Divan üzvleri

 

Bu erize ile Müsavat Partiyasındakı 23 illik resmi üzvlüyüme son verirem.

 

Müsavat Partiyasının Berpa Merkezinin üzvü olmuşam, partiyanın rehber strukturlarında vezifeler daşımışam; bundan evvelse, 1989-cu ilin oktyabrında qurulan (AMDP) Yeni Müsavat Partiyasının qurucularından ve rehberlerinden biri olmuşam. Bir sözle, Müsavatımızın müqeddes adı ve missiyası ile düz 26 il fasilesiz olaraq beraber yaşamışam.

 

Bildiyiniz kimi, metbuata herekatdan, daha sonra ise Müsavat Partiyasının funksioneri olaraq gelmişem. Lakin zaman keçdikce belli oldu ki, mahiyyetce bir-birine zidd olan bu sahelerde eyni anda fealiyyet göstermek kifayet qeder mürekkeb meseledir. Uzun illerdir ki, media ve partiya fealiyyetinin beraber zamanlılığının mene yaratdığı diskomfortu, problemleri yaşamaqdayam. Ve qarşımda 3 defe seçim olub: 1992-ci ve 2001-ci illerde partiya fealiyyetini seçerek, metbu fealiyyeti arxa plana atmışam. 2006-cı ilden etibaren ise, partiyadakı funksiyalarımdan imtina ederek, çox ağır durumda olan “Yeni Müsavat” qezetinin yaşamasını temin etmek üçün qezetçilik fealiyyetine üstünlük vermeyi seçmişem. Düz o zamandan -  artıq 9 ile yaxındır ki, Müsavat Partiyasında nezere çarpan fealiyyetim olmayıb. 

 

Lakin “Yeni Müsavat” qezetini qoruya, daha da müsteqilleşdire, onun elektron versiyasını ölkenin en güclü yayım orqanına çevire, onu redaksiya ile temin ede;  üstelik, rus dilinde fealiyyet gösteren daha iki sayt yarada bilmişem. Gece-gündüz işlemeyimin, dostlarımın ve “Yeni Müsavat”çıların fedakar emeyinin sayesinde, ağır şertlerin olmasına baxmayaraq, bu müddet erzinde “Yeni Müsavat” media qrupu yarada, onu ölkenin ve regionun esas yayım quruluşuna çevire bilmişem. “Yeni Müsavat” media qrupu bizim her birimize eziz olan Müsavat adına, demokratik düşerge ve milli azadlıq herekatı adına olan en uğurlu layihelerden biri kimi, 26-cı ilinde en yüksek peşekarlıq ve tirajlılıq dövrünü yaşayır.

 

Hörmetli Başqan,

Eziz Divan üzvleri.

 

Teessüfle qeyd etmeliyem ki, menim azad qezetçi kimi fealiyyetim, bir şirket sahibi kimi bezen biznes çıxarlarından; korporativ maraqlardan, ya da geniş ictimaiyyete, hetta sizlere bele açıqlaya bilmediyim heyati ehemiyyetli meselelerden doğan manevr ve gedişlerim Müsavat Partiyasının ve şexsen özümün bedxahlarımızda, bezense hetta bir sıra dostların özünde qıcıq ve suallar yaradır. AXCP ve ona bağlı olan qurumlarsa bu meqamdan Müsavata qarşı şantaj melzemesi kimi istifade edir. Müsavat Partiyasının 5-ci başqanı İsa Qember kenardan ve daxilden olan bu basqılara cavab kimi “... “Yeni Müsavat”a qarşı hücumlar mene olan hücumlardır” düsturunu ireli sürmüşdü. Lakin hesab edirem ki, bu cür proses uzun müddet davam ede bilmez. Tamamile haqlı olaraq, Müsavatın 6-cı başqanı Arif Hacılı Meclisdeki sonuncu çıxışında “Yeni Müsavat”ı partiyadan asılı olmayan, öz baş redaktorunun ve kollektivinin yöneltdiyi müsteqil qezet elan edib.

 

   

Men de bunun bir gerçek olduğunu, oyun olmadığını tesdiq edirem ve bu qezetin tesisçisi-baş redaktoru olaraq şexsimi partiya mükellefiyyetinin yaratdığı mecburiyyetlerden, Partiyamızı ise menim qezetçi-iş adamı fealiyyetimin yaratdığı mesuliyyet ve suallardan azad edirem. Partiyada üzvlüyümü dayandırıram, müsteqil qezetçi kimi bütün davranış ve manevrlerimin, fealiyyetimin sorumluluğunun yalnız mene aid olduğunu beyan edirem.   

 

Lakin bilmenizi isterdim:

 

 

 - Müsavat menim her şeyimdir!

 

 - Müsavat menim heyatımın menası ve özüdür!

 

Bundan sonra da bir vetendaş ve qezetçi olaraq bu ada ve onun ehtiva etdiyi anlama, deyerlere, missiyaya, bayrağa, istiqlal amalına, milliyyetçilik ülküsüne, müselman – demokratik ideolojisine, insan haqlarına dayalı siyasi kursa sadiq qalacağıma emin ola bilersiniz. Men teşkilatda üzvlüyümü dayandırsam da, eqidece müsavatçı kimi qalıram, bu missiyanın geleceyine inanaraq, onun üçün elimden geleni etmeye hazır olduğumu bildirirem.

 

Müsavat Partiyasının indiki rehberliyini, onun başqanını, siyasi kurs ve mübarizesini destekleyirem, sevinirem ki, Müsavat adına olan teşkilatımız emin ve etibarlı ellerdedir.

 

Fealiyyetiniz boyunca qezetimizden evvelki kimi ve ondan daha yaxşı temennasız informasiya desteyi ala, bu media quruluşunu özünüze en yaxın olanı hesab ede bilersiniz.

 

Men de bir vetendaş ve partiyasız müsavatçı kimi sizlere, 23 il sıralarında olduğum Müsavata her cür desteye hazıram.

 

İnanıram ki, partiya da gereken zamanda , hemişe olduğu kimi, söz azadlığına ve “Yeni Müsavat”a destek olacaq.

 

 

 

 

 

 

Allah bayrağımızı, Müsavatımızı ve Azerbaycanımızı qorusun.

 

 

 

 


Oxunub 395 defe