Xəbərlər ::

HADİSƏ :: Azerbaycanda magistral yol çökdü

21-07-2015 10:53

 

İki rayonu birleşdiren Celilabad -Yardımlı avtomobil yolunda baş veren torpaq sürüşmesi yolda keçilmez uçurumlar yaradıb.

 

APA-nın cenub bürosunun melumatına göre, erazide neqliyyat vasitelerinin hereketini temin eden yegane alternativ yol ise tehlükeli veziyyete düşüb.

 

Qeyd edek ki, Celilabad-Yardımlı avtomobil yolunda bir müddet evvel torpaq sürüşmesi baş verib. Yolun  Celilabad rayonunun Perdi kendinden keçen hissesi 70 metr uzunluğunda dağılaraq çöküb.

 

Neqliyyat vasitelerinin  hereketinin temin olunması üçün erazide çekilmiş alternativ yol da tedricen dağılaraq sıradan çıxmaqdadır. Sürücülerin sözlerine göre, yağıntıların intensiv xarakter alacağı teqdirde erazide torpaq sürüşmesinin ehatesinin  bir neçe defe genişleneceyi istisna olunmur. Neticede ise 30-dan yaşayış menteqesinin rayon merkezi ile elaqesi kesilmesine sebeb ola biler.

 

Celilabad Rayon İcra Hakimiyyeti başçısının birinci müavini Asif Ezizov APA-nın yerli bürosuna açıqlamasında sürüşme zonasına mütexessisler  terefinden baxış keçirildiyini, veziyyetin qaydaya düşmesinden ötrü tezlikle müvafiq tedbirlerin görüleceyini bildirib.


Oxunub 424 defe