Xəbərlər ::

SOSİAL :: 9 illik bazadan kolleclere ixtisas seçimi başa çatır

21-07-2015 11:30

 

 

Telebe Qebulu üzre Dövlet Komissiyası (TQDK) 9 illik bazadan ixtisas seçimi eden abituriyentlere müraciet edib. TQDK-nın metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, ümumi ( 9 illik) tehsil bazasında orta ixtisas tehsili müessiselerine qebul olmaq isteyen abituriyentler üçün ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Hemin vaxta kimi ixtisas seçimi edib tesdiq etmeyen abituriyentler müsabiqeye buraxılmayacaqlar.

 

İndiyedek Azerbaycan bölmesi üzre 13103,  rus bölmesi üzre 512, ümumilikde 13615 abituriyent ixtisas seçimi edib. 


Oxunub 335 defe