Xəbərlər ::

HADİSƏ :: Azerbaycanla Xorvatiya arasında emekadaşlıq memorandumu imzalanıb

21-07-2015 12:13

 

Azerbaycan ve Xorvatiya arasında dostluq münasibetlerinin inkişafı çerçivesinde 2014-cü ilde Edliyye nazirlikleri arasında Emekdaşlıq haqqında Memorandum imzalanıb. Nazirliyinin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, qarşılıqlı fealiyyetin davamı olaraq Memorandumun implementasiyası çerçivesinde Xorvatiyanın edliyye naziri Orsat Milyeniç dövletlerimizin edliyye ve mehkeme orqanları arasında elaqelerin derinleşdirilmesinde maraqlı olduğunu bildirerek respublikamızın edliyye nazirini ölkesine sefere devet edib.

Bununla elaqedar Azerbaycanın edliyye naziri, Mehkeme-Hüquq Şurasının sedri Fikret Memmedov bu günlerde nümayende heyeti ile Xorvatiyada resmi seferde olub.

Sefer çerçivesinde edliyye nazirlerinin görüşü keçirilerek ölkelerimiz arasında hüquqi emekdaşlığın inkişaf etdirilmesi üçün geniş perspektivlerin olduğu vurğulanıb. Söhbet zamanı Azerbaycanda ölke Prezidenti cenab İlham Eliyevin rehberliyi ile aparılan genişmiqyaslı edliyye ve mehkeme islahatları barede melumat verilib.

Azerbaycanla herterefli emekdaşlığa xüsusi önem verdiyini söyleyen O.Milyeniç ölkemize defelerle sefer etmesini memnunluqla xatırladaraq öten ay Bakının ilk Avropa Oyunlarına yüksek seviyyede, uğurla ev sahibliyi etdiyini, Bakıya sefer ederek keçirilen möhteşem idman yarışlarının canlı şahidi olduğunu vurğulayıb. Xorvatiyalı nazir ölkesinde aparılan hüquqi islahatlar haqqında melumat vererek hazırkı seferin qarşılıqlı fealiyyetin daha da derinleşdirilmesine elave tekan vereceyine eminliyini ifade edib. Azerbaycanda ölke Prezidentinin tapşırığına esasen elektron mehkemenin tetbiqi üzre tedbirler görüldüyünden, Xorvatiyada bu sahede aparılan işlere dair prezentasiya teşkil edilib, konkret istiqametler üzre emekdaşlığa dair razılıq elde olunub.

Sefer çerçivesinde edliyye naziri F.Memmedovun Ali Mehkemenin sedri Branko Hrvatin ile görüşünde edalet mühakimesinin semereliliyi, mehkemelere müraciet imkanlarının asanlaşdırılması ve ictimaiyyetin inamının artırılması, infrastrukturun müasirleşdirilmesi, qabaqcıl İKT-lerin ve elektron mehkemenin tetbiqi, Mehkeme-Hüquq Şurasının fealiyyeti, o cümleden selahiyyetlerinin genişlendirilmesi ve diger aktual meseleler müzakire edilib.

B.Hrvatin ölkelerimiz arasında hüquqi sahede emekdaşlığın dinamik inkişafını qeyd ederek Azerbaycanda defelerle seferde olduğunu, o cümleden Bakı Beynelxalq Humanitar Forumunda ve insan hüquqları ile bağlı beynelxalq konfrasda iştirakını en xoş teessüratlarla xatırladıb, bu elaqelerin intensivleşmesinde nümayende heyetlerinin qarşılıqlı seferlerinin, edliyye ve mehkeme sahesinde tecrübe mübadilesinin ehemiyyetini vurğulayıb.

Azerbaycan edliyye nazirinin, hemçinin, Xorvatiyanın Baş prokuroru Dinko Tsvitan ile görüşü olub. D.Tsvitan Bakıya öten il edilmiş seferini ve öten il Bakıda antikorrupsiya sahesinde mübarizeye dair yüksek seviyyeli beynelxalq konfransda iştirakını böyük memnunluqla xatırlayaraq ölkemizin süretli inkişafını qeyd edib, iki ölkenin hüquq-mühafize orqanları arasında qarşılıqlı fealiyyetin derinleşdirilmesininin vacibliyini vurğulayıb. Görüşde ölkelerimizin beynelxalq teşkilatlar çerçivesinde emekdaşlığı, o cümleden Beynelxalq Prokurorlar Assosiasiyasının rehber orqanlarında feal temsilçiliyi vurğulanıb. Hemçinin Azerbaycanda dövlet başçısının siyasi iradesi ile korrupsiyaya qarşı aparılan qeti mübarize tedbirleri, o cümleden Azerbaycan brendi olan "ASAN xidmet"in vetendaş memnunluğuna yönelen semereli fealiyyeti xüsusi vurğulanıb.

Sefer zamanı Azerbaycanda mehkeme infrastrukturunun müasirleşdirilmesi üzre görülen tedbirlerle elaqedar tecrübe mübadilesi meqsedile birinci ve yuxarı instansiya mehkemelerinin fealiyyeti ile tanış olunub, hakimlerle görüş keçirilerek mehkeme sisteminin müasirleşdirilmesine dair müzakireler aparılıb. Hemçinin, ölkemizde yeni cezaçekme müessiselerinin inşası nezere alınaraq Xorvatiyanın müessiselerine baş çekilib, mehkumların saxlanma şeraiti, cezaların icrası qaydası ve s. üzre tecrübe mübadilesi aparılıb.

Semimi ve dostluq şeraitinde keçirilen görüşlerde Azerbaycanda aparılan genişmiqyaslı mehkeme-hüquq islahatlarına, xüsusile hakimlerin seçim prosesine ve elektron mehkemenin tetbiqine böyük maraq gösterilib. Hemçinin, hemsöhbetlerin diqqeti Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesinin acı neticelerine, torpaqlarımızın 20%-nin işğalı ve bir milyondan çox soydaşımızın qaçqın ve mecburi köçkün veziyyetine düşmesi faktına celb olunub.

Tedbirlerde ölkemizin Xorvatiyadakı sefiri Kamil Xasiyev iştirak edib.


Oxunub 400 defe