Xəbərlər ::

HADİSƏ :: Ekologiya ile bağlı 955 şikayet verilib

21-07-2015 12:44

Ekologiya ve Tebii Servetler Nazirliyinin 24 saat fealiyyet gösteren 168 saylı “Qaynar xett”ine 2015-ci ilin aprel-iyun ayları erzinde ölke erazisinde etraf mühitin mühafizesi ile elaqedar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları ve diger ekoloji hallar barede 955 şikayet daxil olub. Payiz.Az-ın eco.gov.az-a istinaden verdiyi melumata göre, onlardan 901-i Nazirliyin emekdaşları terefinden yerinde araşdırılaraq qanunamüvafiq tedbirler görülüb, diger müracietlerin araşdırılması ise hazırda davam etdirilir.
 

Daxil olan şikayetler esasen ağacların kesilmesi, aşma tehlükesinin olması, meişet tullantılarının qalaqlanması, çirkab suların axıdılması, atmosfer havasının çirklenmesi, yerin tekinden istifade, flora ve faunanın mühafizesi ve s. ile elaqedar olub. Bele ki, 2015-ci ilin aprel-iyun ayları erzinde daxil olmuş şikayetler esasında Etraf Mühitin Mühafizesi Departamentine gönderilmiş 301 şikayet, Etraf Mühit üzre Milli Monitorinq Departamentine gönderilmiş 44 şikayet, İstehsalat Siyaseti şöbesine gönderilmiş 10 şikayet araşdırılaraq qanunamüvafiq tedbirler görülüb.
 

Dövlet Ekspertiza İdaresine gönderilmiş 457 şikayetden 451-i, Meşelerin İnkişafı Departamentine gönderilmiş 80 şikayetden 65-i, Milli Geoloji Keşfiyyat Xidmetine gönderilmiş 52 şikayetden 24-ü, Su Hövzelerinde Bioloji Resursların Artırılması ve Mühafizesi Departamentine gönderilmiş 7 şikayetden 5-i, Bioloji Müxtelifliyin Qorunması ve Xüsusi Mühafize Olunan Tebiet Erazilerinin İnkişafı Departamentine gönderilmiş 4 şikayetden 1-i üzre araşdırma aparılaraq qanunamüvafiq tedbirler görülüb, qalan şikayetlerin araşdırılması davam etdirilir. 
 

Xatırladaq ki, Ekologiya ve Tebii Servetler Nazirliyinin “Qaynar xett” rabite elaqesi 2002-ci ilden etibaren etraf mühitin mühafizesi sahesinde heyata keçirilen fealiyyetin teşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyeti idare, müessise ve teşkilatlarla, ayrı-ayrı vetendaşlarla operativ qaydada elaqelendirilmeni temin etmek meqsedile fealiyyet gösterir. 


Oxunub 397 defe