Xəbərlər ::

HADİSƏ :: QHT sedrinden soyuq silah tapıldı

21-07-2015 13:08

 

Moskva-Bakı aviareysi ile gelen Azerbaycan vetendaşı Eliyev İlqar Talışxan oğlu gömrük nezaretinden keçerken Hava Neqliyyatında Baş Gömrük İdaresinin emekdaşları terefinden onun baqajına rentgen aparatı vasitesi ile baxış keçirilib ve monitorda metal eşyaların tesvirleri eks olunduğuna göre tekrar yoxlama aparılıb.

 

Dövlet Gömrük Komitesinden “APA-Economics”e verilen melumata göre, yoxlama zamanı sernişin İ. Eliyeve mexsus çamadanda olan şexsi eşyaların arasından evvelceden gömrük nezaretine teqdim olunmayan, elektron, kağız üzerinde yazılı ve ya şifahi formada beyan edilmeyen, metaldan hazırlanmış 7 eded müxtelif ölçülü ve formalı bıçaqlar, 1 eded  beşguşeli, itibucaqlı ulduz  formalı predmet, 1 eded kameralı qelem ve 1 eded kameralı eynek aşkar olunaraq protokol esasında götürülüb.

 

İ. Eliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumet Teşkilatının sedri olduğunu ve hemin eşyaları Tailandın Pattaya şeherinde olarken mağazadan aldığını bildirib.

 

Edliyye Nazirliyinin Mehkeme Ekspertizası Merkezinin reyine esasen bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 eded eynek ve 1 eded qelem ise mövcud ola bilecek melumatları izlemek, dinlemek, köçürmek, pozmaq, elave etmek kimi funksiyalara malikdir ve onlar gizli yolla informasiya elde etmek üçün nezerde tutulmuş eşyalardır.

 

Faktla bağlı Dövlet Gömrük Komitesinin İstintaq İdaresinde araşdırma aparılır.

 


Oxunub 337 defe