Aphorisms

Bir gün hamımız əbədi susacayıq. Ona görə də indidən bütün sevdiklərinizə "Səni sevirəm" deyin. (Qabriel Qarsiya Markes)

Xoş iqlim üçün cənnətə, söhbət üçün cəhənnəmə gedin. (Mark Tven)

İnsan o qədər çox əzab çəkir ki, bütün canlılar arasında məhz o, məcbur olub gülməyi icad etmişdir. (Fridrix Nitsşe)

Nə zaman dindar bir insanla danışsam, ardından əllərimi yumaq istəyirəm. (Fridrix Nitsşe)

Acıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan. (Fridrix Nitsşe)

Əgər əsgərlər düşünməyə başlasaydı, orduda heç kim qalmazdı. (Fridrix Nitsşe)

Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə insanlardan qaçmaqdır. (Fridrix Nitsşe)

İnsanı yaratmaqmı tanrının böyük xətasıdır, tanrını yaratmaqmı insanın ? (Fridrix Nitsşe)

Dünyanın ən yüksək taxtına da çıxsanız oturacağınız yer yalnızca öz ombanızın üstüdür. (Fridrix Nitsşe)

Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacaqsan, sən özün pusquda gözləyəcəksən özünü. (Fridrix Nitsşe)

1 2 . 11 12 Ireli