P Hərfi :: Yuxuda Pişik görmək

Yuxuda Pişik görmək
Ad:Pişik
Mənası:Yuxuda Pişik görməyin mənası mənası yozumu nədir, yuxuda Pişik görmək hansı mənaya gəlir? Pişik ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Evin qulluqçusuna işarədir. Bəzi yozucular pişiyi röya sahibinin evində olan oğru kimi də yozurlar. Dişi pişik hiyləgər, pis qadını ifadə edir. Röyada miyoldaya-miyoldaya bir nəfərin ətrafında dolaşan və onu qorumağa çalışan pişik o şəxsə həm zərəri, həm də faydası toxunan bir adama işarə sayılır. Erkək pişiyin yuxuda bir adamı cırmaqlaması, yaxud dişləməsi -o adam bir il xəstə yatar. Vəhşi çöl pişiyinin dişləməsi daha şiddətli xəstəliyə yozulur. Yuxuda pişik satmaq ruziyə və faydaya; pişik əti yemək sehrbazlıq sənətini öyrənməyə; pişiyə döndüyünü görmək oğurluğa və yaşayışını gərəksiz işlərdən qoruya bilməyə; pişiyin evə girdiyini görmək evə oğru girəcəyinə, lakin bir şey aparmayacağına işarədir. röyada bir pişiyin bir adamı cırmaqlaması, onun qanını axıtması, yaxud gözünü çıxarması açıq bir düşməni ifadə edir.

Oxunub: 1604 defe