S Hərfi :: Yuxuda SÜRMƏ görmək

Yuxuda SÜRMƏ görmək
Ad:SÜRMƏ
Mənası:Yuxuda SÜRMƏ görməyin mənası mənası yozumu nədir, yuxuda SÜRMƏ görmək hansı mənaya gəlir? SÜRMƏ ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada gözə çəkilən sürmə-var-dövlətə işarədir. Bir adamın yuxuda sizə sürmə verməsi-əlinizə az-çox mal və pul keçəcəkdir. Gözünüzə xeyirxah bir adamın sürmə çəkməsi-xeyrə, gözəlliyə işarədir. Pis adamın sürmə çəkməsi-xeyrə əlamət sayılmır. Çoxlu sürmə-çoxlu sərvətə yozulur. Gözdə ağrı hiss etmək və sürmə çəkmək-röya sahibinin gözlərinin sağalacağını göstərir. Sürmə daşıyla gözə sürmə çəkmək-arvadınızla aranızda olan soyuqluq ortadan götürüləcək. bir qızın gözlərinə sürmə çəkməsi-o qız cavan vir oğlana ərə gedəcək. Dul qadının gözünə sürmə çəkməsi-bir kişiylə evlənəcək deməkdir.

Oxunub: 236 defe