B Hərfi :: Yuxuda BOYUN görmək

Yuxuda BOYUN görmək
Ad:BOYUN
Mənası:Yuxuda BOYUN görməyin mənası mənası yozumu nədir, yuxuda BOYUN görmək hansı mənaya gəlir? BOYUN ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada öz boynunu qaba, qalın və ya qısa görmək-üzərinə düşən vəzifəni ədalətlə, qanun-qaydayla yerinə yetirməyə yozulur.Boynunun incə olduğunu görmək-zalımlığa, üzərinə düşən vəzifəni ədalətlə yerinə yetirmək imkanından məhrumluğa işarədir.Boynuna dolanmış bir ilan görmək-ayəti-kəriməyə görə, röya sahibinin malının zəkatını vermədiyinə, borclu olduğuna yozulur. İmamın öz boynunu yoğun görməsi-ədalət sahibi olduğu və düşmənlərini yenəcəyi anlamına gəlir.Boynunda ağrı hiss etmək-cəmiyyətə və əmanətə xəyanət edilməsinə işarə sayılır.Boynunda buğum (düyün) görmək-borcların yığılıb qaldığını göstərir.Boynunun qılıncla vurulduğunu görmək-xəstəlikdən qurtulmağa yozulur.Tasa və sıxıntı içərisində olan bir adam yuxuda boynunun vurulduğunu görərsə, Uca Tanrı onu bu sıxıntı və tasadan qurtarar.Yuxuda boynunu gözəl və yağlı görmək-yüksək məqama yetişəcək, seviləcək və kişilik sahibi olacaqsınız.Boynunda iri çibanlar və ya fistul kimi iltihablı qan axdığını görmək-röya sahibinin şəhadət, vəsiyyət və zəkat kimi müqəddəs borclarla yüklü olduğunu bildirir.Boynunda dəmir zəncir görmək-yuxu sahibinin onu atəşə yaxınlaşdıracaq bir davranışda bulunduğuna və ya qadınların taxdıqları bilərzik, yaxud boyunbağı kimi zinəy əşyası anlamına gəlir.Boynuda mirvari boyunbağı görmək-röya sahibinin təhsilli, bilikli olduğuna işarədir.Həzrəti Peyğəmbərin yuxuda boynunu çimdiklədiyini görmək-pis bir hərəkətdən yayınmağa yozulur.Boynunun üstündən uçan quş görmək-quş ağdırsa, yuxu görənin davranışlarının gözəl olmasına, qaradırsa-pis və çirkin hərəkətə yozulur.

Oxunub: 707 defe