G Hərfi :: Yuxuda GÜMÜŞ görmək

Yuxuda GÜMÜŞ görmək
Ad:GÜMÜŞ
Mənası:Yuxuda GÜMÜŞ görməyin mənası mənası yozumu nədir, yuxuda GÜMÜŞ görmək hansı mənaya gəlir? GÜMÜŞ ilə əlaqəli şerh və yuxu yozmaları

Yozumu: Röyada gümüş-toplanmış mala; pula çevrilmiş gümüş-bəyaz və çox gözəl bir qadına yozulur. Gümüş mədənindən gümüş çıxarmaq-röya sahibi bir qadınla hiyləgər oyun oynamaqdadır. Çıxarılan gümüş çoxdursa, bu yuxunu görən adam böyük bir dəfinəyə qovuşacaq. Biri yuxuda gümüş əritdiyini görərsə, arvadı ilə qovğa edərək dilə-dişə düşəcək. Gümüşdən düzəldilmiş bəzək-düzək şeyləri və bu cür əşyalarin yuxuda röya sahibinə verilməsi-qiymətli daş-qaş bir əmanət və ya ərmağan kimi onun ixtiyarına buraxılacaq. Gümüş güzgünün yozumu da eyni biçimdədir. Əgər güzgüyə baxılmışsa, yüksək bir məqam sahibindən röya sahibinə çirkin bir əməl toxunacaq, çünki gümüş aynaya baxmaqda xeyir yoxdur. Torpaq altında gümüş mədəninin içinə girərək xam maddə tapmaq-röya sahibinin arvadı onu aldadır və hiylə gəlir. Gümüş və qızıldan yapılmış tabaq və çanaqlar-ticarətə və cənnətə yozulur. Gözəl və qiymətli tabaqların pis tabaqlarla bərabər görülməsi-fəsada, yanlışlığa və röya sahibinin saplanıb qaldığı bir şübhəyə işarədir. Gümüşlə süslənmiş yəhər və qılınc-düşməni qaçırmağa, həsədçi və paxıl adamları qəhr etməyə, qələbəyə yozulur. Röyada kiməsə gümüş kasa və ya zərf içində gümüş pul verdiyini görən adamın yanında bəzi qiymətli mallar və daş-qaş əmanət kimi qoyulacaq. Gərək o, Allahdan qorxaraq həmin əmanəti sahibinə qaytarsın. Bu əmanəti başqa birisinə vermək-röya sahibi sirkərini o adama açacaq deməkdir.

Oxunub: 1322 defe