Maraqlı & Məsləhətli :: Diyircekli konkiler ne zaman yaranıb?

15-07-2015 17:05

Diyircekli konkilerin (roliklerin) yaradıcısı Belçika ixtiraçısı Jan Jozef Merlen (1735-1803) sayılsa da, o, bu işde birinci olmayıb. Çünki tekerler üstünde ayaqqabılar haqqında ilk melumat 1743-cü ile - Jan Jozefin uşaqlıq dövrüne tesadüf edir. Teessüf ki, ixtiraçının adı tarixde qalmayıb.

J.J.Merlen öz konstruksiyası ile hazırladığı rolikleri 13 il sonra - 1760-cı ilde nümayiş etdirib. Bu, Londonda keçirilen bal-maskaradda olub. Jan Jozef xırda metal tekercikleri olan bahalı ayaqqabılarla qonaqlar arasında dolaşaraq skripka çalırmış. Bu tesirli çıxış qonaqları çox eylendirir. Amma rolikler mükemmel olmadığı üçün Merlen özünü saxlaya bilmeyib 500 funt sterlinqlik (o vaxt üçün böyük mebleğdir) güzgü asılmış divara çırpılır.

Diyircekli konki üçün ilk patenti 1819-cu ilde Fransada Ptible adlı bir şexs alıb. “Petibled”ler adlandırılan bu konkiler üç teker üstünde deri kemerleri olan taxta platformadan ibaret olub. Tekerler taxta, demir ve ya fil sümüyünden olub. “Petibledler” Avropada çox süretle debe düşüb. Hetta 1840-ci illerde Berlinde roliklerle hereket eden ofisiantların işlediyi pive restoranı da olub. 1857-ci ilde ise Londonda rolikler üçün ilk meydançalar yaradılıb. Süreti ayaqqabılara maraq tedricen ABŞ-a çatıb. Amerikalı Ceyms Leonard Plimpton (1828-1911) 1863-ci ilde “kvadı” adlanan, qoşa tekerli konkiler hazırlayıb. Bu model qısa müddetde böyuk populyarlıq qazanır ve XX esrin ortalarınadek en yaxşı model hesab olunur. 1910-cu il üçün rolik sürmek diyirlenmek okeanın her iki terefinde çox geniş yayılan eylenceye çevrilib. Avropada ve ABŞ-da müxtelif tipli ve ölçülü yüzlerle rollerdromlar tikilir.

Diyircekli konkiler tarixinde dönüş nöqtesi 1979-cu ilde başlayıb. Xokkeyçi Skott ve Brennan Olson qardaşları tekerleri bir cergede yerleşen yenilenmiş rolik modeli teqdim edir. Onlar hesab edirdiler ki, xokkeyçiler bele roliklerde daha rahat meşq edirler. Bir neçe il sonra onlar “Rollerbleyd” adlı konkilerin istehsalına başlayırlar. Tekerleri poliuretandan olan roliklerin yenilenmiş modeli süretle bütün dünyaya yayılır ve tedricen “kvadıları” sıxışdırır. Olson qardaşlarının teklif etdikleri konstruksiya indiyedek en mükemmel model hesab olunur.


Oxunub: 637 defe