Maraqlı & Məsləhətli :: Aileni boşanmadan nece qorumaq olar?

15-07-2015 17:05

Aile heyatı sevgi esasında qurulur. Sevgi – diqqet, qayğı, temkin, hörmet ve sedaqetin vehdetidir. Sevgi – bağışlayaraq, yeniden heyata sevinmek qabiliyyetidir. Möhkem ailenin yaradılması – böyük emek ve sebr teleb edir. Vaxt keçdikce soyumağa başlayan hissler bir çox münaqişeye sebeb ola biler, odur ki sevgini daim beslemek lazımdır.

Aile münasibetlerinde en geniş yayılmış sehvlere nezer salaq ki, onları öz ailemizde tekrar etmeyek:

1.Kenar adamların – qohumlarınızın, dostlarınızn ve ya uşaqlarınızın yanında mübahise etmeyin. Bununla Siz qezeb, kin ve soyuqluqdan başqa heç ne elde etmeyeceksiniz.

2. “Bütün kişiler...”, “Hemişe sen bele edirsen....” ve bu kimi diger telesik ümumileşdirmeler etmeyin. İnsanı deyil, onun etdsiyi hereketi qınayın.

3.Mübahiseye qohumlarınızı qatmayın. Siz ayrıca bir aile qurmusunuz ve onun daxilinde baş çıxartmağa çalışın. “Sen bele, anan bele...” kimi iradlar Sizin ananıza qarşı da iradların başlayacağını temin edecek. Netice - hirs, kin, ve qezeb.

4.Keçmiş incikliklerinizi yada salmayın. Hamının sehvleri olur, ve eger Siz artıq bunu ne vaxtsa bağışlamısınızsa, keçmiş haqda fikirlerin Sizi ve heyat yoldaşınızı narahat etmesine imkan vermeyin.

5.Qadınların ve kişilerin enm ağrılı nöqtelerini unutmayın: qadınlarda bu, xarici görünüşdü, kişilerde ise - leyaqet ve işgüzar keyfiyyetlerdir. Xanımlar her zaman heyat yoldaşlarının müveffeqiyyetlerini yaxşı cehetlerini teriflemelidir. Kişiler heç vaxt öz heyat yoldaşlarının yanında başqa xanımların gözelliyi haqda danışmamalıdır.

6.Boşanma ile tehdid etmeyin. Eger boşanmaq fikriniz yoxdursa, “boşanma” sözü ile oynamayın – bunu eşiden heyat yoldaşınız “Düz deyirsen, belke de boşanmaq en yaxşı çıxış yoludur” – deye biler.

7.Bir-birinizi deyişdirmeye çalışmayın. Her kesin öz maraqları, öz dost-tanışları ola biler.

8.Partnyorunuzla manipulyasiya etmek, ona tezyiq göstermek, üstüne qışqırmaq teşebbüsü fesadsız keçmir, etibarı mehv edir ve qıcıqlandırır.

9.Fasilesiz deyinme acıq hissi ve etiraz yaradır.

10.“Tenbel”, “ağılsız”, ve s. kimi menfi fikirler heyat yoldaşınızın narazılığına ve incikliyine sebeb olur. İnsanın qüsurlarının mütemmadi olaraq üzüne vurulması ancaq onun bu xüsusiyyetlerinin güclenmesine getirib çıxarır.

11.Aile münasibetlerinin pisleşmesi ailede krizis veziyyeti ile bağlı ola biler. İlk krizis aile heyatının 3-cü - 7-ci illeri arasında baş verir ve bir ile qeder davam edir. Bu kritik veziyyetin yaranmasına sebeb – romantik ehval-ruhiyyenin itmesi, kompromise getmek isteyin olmaması, sözsüz etiraz, qınaqlar, ve bu kimi diger menfi hallardır. Krizis dövründe erle arvad gerek bir-birini rahat buraxsınlar, öz işleri ile, karyera ile meşğul olsunlar. Müveqqeti uzaqlaşma partnyorunuzun Sizin üçün ne qeder deyerli olduğunu öyredecek ve Siz birge heyatınızın yeni merhelesine qedem qoyacaqsınız.

İkinci krizis dövrü birge heyatın 17-ci-25-ci illeri arasında baş verir. Bu dövrde diqqetinizi qocalıqla bağlı problemlerden yayındırmalısınız – özünüzü kollektiv eylencelere hesr edin: teatra, konsertlere gedin, dostlarınızla görüşün, tebietin qoynuna seyahetler edin.

12.Tenqidle ehtiyyatlı olun. Tenqidin iki ucu var – onlardan biri özünüze deye biler. Eger xanım erine üzünü saqqal basdığını ve pis göründüyünü deyirse, “Sen önce özüne bax” cavabına hazır olmalıdır. Tenqid ederken, eyni zamanda onun her hansı müsbet cehetini teriflemek lazımdır.

13.Partnyorunuzun gündelik heyatına maraq gösterin. Her ikinizi eylendirecek ümumi iş tapın, birge gezmeye gedin.

14.Tez-tez zarafat edin. Şen zarafat her ikinize sevinc getirerek, problemlerden diqqetinizi yayındıracaq.

15.Ailenizi uşaq dünyaya getirmekle xilas etmeye çalışmayın. Uşağın dünyaya gelmesinden sonra aile problemleri daha da keskinleşir.

Qarşılıqlı kömek, komplimentler, minnetdarlıq, partnyorun gündelik heyatına gösterilen maraq ve diqqet sevgi hisslerinizi qoruyub-saxlamağa kömek edecek.


Oxunub: 1776 defe