Qadın dünyası :: Dırnaqların zeifliyi

15-07-2015 17:14

Dırrnaqların quruluğu ve qırılqanlığı ile bir çox qadınlar rastlaşırlar. Bele dırnaqlar zeif görünür, sağlam dırnaqlara nisbeten gec uzanırlar.

Sebeb

- dırnaq boyasını temizleyen vasitelerden tez-tez istifade. Xüsusende asetonu heftede bir defeden artıq istifade etmek olmaz.
- artıq nemin tesiri. Eger siz ellerinizi uzun müddet suda saxlayırsınız ise, dırnaqlarınız daha çox nemi canına çekir, bu da dırnaqların zeiflemesine getirib çıxardır.
- kimyevi maddelerin tesiri. Kimyevi maddeler (qabyuyan ve sair) dırnaqlarının qurumasına sebeb olur.
- düzgün bıçqının seçilmemesi. Bıçqı vasitesi ile dırnaqları her iki terefe bıçqalamaq olmaz.
- orqanizmde vitamin ve mineralların defisiti. Kalsiy, zülal, demir ve sair vitaminlerin ve mineralların çatışmamazlığı, dırnaqların qırılqan olmasına getirib, çıxardır.
- qalxanvari vezilerin xesteliyi. Bu xestelik dırnaq zeifliyinde en çox rastlanan problemdir.

Müalice

Dırnaq zeifliyine qarşı çox zaman möhkemlendirici vasiteleri meslehet görürler. Lakin bu vasiteler belke dırnaqları qoruyurlarsa da, sebebi aradan qaldırmırlar.

Bezi meslehetler

- dırnaq boyası temizleyicilerinden heftede bir defeden artıq istifade etmeyin. Asetondan qaçın, dırnaq boyasını tez-tez deyişmeyin.
- ev işleri ile meşğul olan zaman elceklerden istifade edin. Hemçinin saçınızı renglediyiniz zaman mütleq elcekden istifade edin ki, kimyevi maddeler dırnağa hopmasın.
- dırnaqlarınızı ehtiyyatla bıçqalıyın. Şüşe ve sumbat bıçqılarından istifade edin, demir bıçqılardan uzaq durun. Hemçinin bir terefli bıçqılayın.
- pehriz saxlayın. Gündelik rasionunuzu kalsiy, zülal ve demir kimi vitaminlerle bol eleyin. Multivitamiler qebul edin.

Çare tapmırsınız ise hekime müraciet edin. Dırnaq problemleri orqanizmdeki problemler ile bağlı ola biler.


Oxunub: 443 defe