Dünyanın möcüzeleri :: Semiramidanın asma bağları

20-07-2015 16:05

Semiramidanın asma bağları — dünyanın 7 möcüzesinden biri. Dünyanın 2-ci möcüzesi olan Semiramidanın asma bağları qedim Şerqin en böyük ve zengin şeheri olan Babilde idi. Efsaneye göre, bu bağlar Assuriya melaikesi Semiramidanın emri ile yaradılmışdı. Eslinde ise bu bağların yaradılmasını e.e. VII esrde padşah Navuxodonosor emr etmişdi. Qaynaqlarda gösterilir ki, bu hökmdar çox müstebid olub. Melumdur ki, müstebidler hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı necib hereketler edibler. O, Midiya şahının qızı Semiramida ile evlenir. Onu Babile getirir. Hedden artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babilde temiz havaya, yarpaq xışıltısına hesret qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl tepelerine köçürmür. Heç kimin göre bilmediyi işi görür. Midiyanın zümrüd meşelerinin etrini qedim vadinin merkezine getirir.

Melikenin - Semiramidanın şerefine salınan bu bağların gerçekleşmesi üçün şahlığın bütün qüvveleri herekete getirilir. Dövrün tecrübeli inşaatçıları, mühendisleri bu işe celb olunur. Hökmdar dünyada ilk defe olaraq möhteşem mehebbet abidesi yaradır. Salınan Bağlar "Semiramida bağları" adı ile meşhurlaşır ve tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizelerde qalan ve dillerde dolaşan bir fikir de var ki, melike öz adını daşıyan bu qesrde heç vaxt yaşamayıb.

Babilistan inşaatçılarının saldığı bu bağlar dörd yarusdan ibaret olub. Yarusların tağları iyirmi beş metr hündürlüyünde sütunlara söykenib. Meydançalara yastı daşlar, qır qarışıqlı, qurğuşun tebeqeli bir qat qamış döşedilib. Bu bele edilib ki, su aşağı yarusa keçmesin. Bütün bunlardan sonra torpaq qatı gelib. Torpaq qatı çox qalın olub. O qeder qalın olub ki, orada iri ağaclar bite bilib. Yaruslar pille-pille qalxır, elvan daşlardan hörülmüş eydemli pillekenler bir-biri ile birleşir.

Nehayet, tikinti başa çatır. Kerpic kürelerinin tüstüsü kesmemiş, saysız-hesabsız araba karvanları herekete getirilir. Ferat çayının axarından münbit torpaq daşımağa başlayır. Şimaldan nadir bitki ve kol toxumu, ağac tingleri getirilir.

Belelikle, hökmdar Novuxodnosor öz mehebbetini sübuta yetirir. Babilin yüz metr hündürlüyünde olan divarları üzerinde yaşıl ağaclar qalxır. Melike yuxarı yaruslarda, kölgede oturub su şırıltısına qulaq asıb, dörd terefe nezer yetirib, memleketin ucsuz-bucaqsız sehralarını seyr edib.

İran-Ehemeni qesbkarları bu şeheri ele keçirerek öz eyaletlerinden birinin merkezi edirler. İller, esrler bir-birini evez etdikce asma bağlar zamanın facieli hadiselerine davam getire bilmir. Baxmayaraq ki, o, möhteşem, lakin gilden düzeldilmiş zeif nehengi xatırladıb. Mehz buna göre de bu bağlar Babilin özü ile birlikde mehv olub.

Babilin qürub çağı e.e. 331-ci ile tesadüf edir. Bu vaxt Babilin qonşuluğunda ikinci bir imperiya baş qaldırıb. Bu, Makedoniyalı İsgenderin imperiyası idi. Hemin dövrde Babilin sakinleri makedoniyalıların yanına elçi gönderib. Bildiribler ki, İsgender Babile gelmek istese, davasız-savaşsız şehere daxil ola biler.

İsgender Babile gelir. Bir xilaskar kimi de qarşılanır. Bu şeher-dövlet özünün tenezzül dövrünü yaşasa da, ezemeti ve serveti ile İsgenderi heyretlendirir. O, bu sebebden de Babilde lengimeli olub. Heç on il keçmir ki, taleyin üzü dönür. Sekkiz ilin keşmekeşlerinden yorulub ezab çekse de, arzularını heyata keçirmek meqsedile Babilistana qayıdır.

Hökmdarın veziyyeti tamam pisleşende yadına "Babilin asma bağları" düşür. İsgender ölmezliye geden yolun sonuncu dayanacağında emr edir ki, onu asma bağlara aparsınlar. Ele de edirler. Onu melikenin qesrine getirirler. İsgenderin halı yaxşılaşır. İlıq güneş şefeqine, çay şırıltısına, ot-elef ve meşe etrine bürünmüş Makedoniyanın nefesini hiss edir, teeccüblenir.

İsgender ölen kimi imperiyası serkerdeleri terefinden talan olunur. Babil ise bir daha böyük bir ölkenin paytaxtı ola bilmir. Zeifleyir, tedricen sönür ve nehayet süqut edib.


Oxunub: 747 defe