Dünyanın möcüzeleri :: Artemida mebedi

20-07-2015 16:07

Artemida mebedi — dünyanın 7 möcüzesinden biri.

Artemis Mebedin İstanbuldakı miniatürü

Artemida mebedinin 1877-ci ilde çekilen planı

Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpde Zevsin heykelini, Rodos Nehengini, yüksek Misir piramidaların qüdretini ve Mausoleusun mezarını gördüm. Amma buludlara doğru ucalan Efesdeki mebedi gördükde, digerlerinin hamısının kölgede qaldığını hiss etdim" deye yazmışdır.

Tanrı Artemis adına ilk türbe e.e. 800-cü illerde Efesdeki nehrin yaxınlığındakı bataqlıq sahilde qurulmuşdur. Bezen Diana da deyilen Efes tanrısı Artemida, yunan Artemidası ile eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası ise belinden çiyinlerine qeder bereket ve doğruluq tanrısıydı.

Bu qedim mebedde tamamile yupiterden düşen bir meteorit olduğu texmin olunan müqeddes bir daş vardı. Mebed, sonrakı yüzilliklerde bir neçe defe dağıdılmış ve yeniden inşa edilmişdir. M.Ö. 600-ci illerde Efes böyük bir ticaret limanı şeherine çevrildi ve Chersiphron adlı bir memar yüksek daş sütünları olan yeni ve böyük bir mebed inşa etdi.

Lidya kralı Croesus, M.Ö. 550-ci ilde de Efesi ve Anadoludakı diger yunan şeherlerini feth etdi. Bu döyüş zamanı mebed dağıdıldı. Croesus, memar Theodorusa evvelkilerin hamısını kölgede qoyan yeni bir mebed tikdirdi. Yeni mebed evvelkinden 4 mertebe, 90 metre yükseklikde ve 45 metre enlikde böyük idi. Mebedin damı yüzden çox daş sütunla desteklenirdi.

M.Ö. 356-cı ilde Herostratus adlı biri terefinden töredilen yanğın neticesinde yanıb dağılır. Bundan qısa zaman sonra ise dövrünün en tanınmış heykelteraşı olan Skopaslı Paros terefinden yeni bir mebed tikilir. Romalı tarixçi Plinye göre yeni mebed 130 metre uzunluqda ve 68 metre enlikde idi. Tavanı, yüksekliyi 18 metre olan 127 edet sütun destekleyirdi. İnşaat 120 il sürmüşdü. Makedoniyalı İsgender M.Ö. 333-cü ilde Efese gelende mebedin inşası hele de davam edirdi. Yeni mebed, yunan mebedleri içerisinde o zamana qeder tikilen en böyük tikinti idi. Mebedin başqa xüsussiyyeti onun tamamile mermerden tikilmesi idi.

Eramızın 57-ci ilinde Müqqeddes Paul xristianlığı yaymaq üçün Efese geldi. O, o qeder uğurlu oldu ki bundan sonra şeherin demirçisi ve mebeddeki heykellerin sahiblerinden birisi olan Demetrius böyük bir qorxuya düşdü. Çünkü Demetrius mebeddeki heykellerin bir qisminin sahibiydi ve her il mebede hacca gelenlerden yaxşı bir geliri vardı ve insanların dinini deyişdirmesi demek olar ki onun qazancını elinden alırdı.

Diger insanları da etrafına yığan Demetrius heyecanla ve "Yaşasın Efeslilerin Artemisi" deyerek bütün xalqı öz etrafına toplayır ve derhal Müqeddes Paulun yardımcılarından ikisini tuturlar. Bunun ardınca üsyan baş verir. Neticede Müqeddes Paul tutulmuş kömekçileri ile birlikde Makedoniyaya qayıdır.

262-ci ilde qotların basqınları zamanı böyük Artemis mebedi yandırılıb dağıdılır. Yüz ilden sonra Roma İmparatoru Konstantin şeheri yeniden inşa etdirdi. Ancaq xristianx olduğu üçün mebedi berpa etdirmir. Konstantinin cehdlerine reğmen Efes evvelki günlerine qayıda bilmir. Çünkü gemilerin saxlandığı liman yoxa çıxmışdı. Zamanla şeher sakinleri şeheri terk edirdiler. Mebedin qalıqları başqa tikintilerde ve heykellerin tikintisinde istifade olunurdu.

John Turtle Wood 1863-ci ilde mebedi araşdırmağa başladı. 1869-cu ilde 6 metre derinlikde, palçığın içinde mebedin sütunlarını tapır. Tapdığı bezi heykelleri ve bezi qalıqları Britaniya Muzeyine aparır. 1904-cü ilde de yene hemen muzeyden D. G. Hograthın başçılığı altında bir qrup qazıntıları davam etdirir. Ve erazide bir-birinin üzerinde tikilmiş 5 qalıq tapırlar.

Bu gün gelen turistlere mebedin yerini göstermek üçün bataqlıq veziyyetinde olan bölgeye sadece bir sütün basdırılmışdır. Qollarını iki yana açmış, düz duran bir tanrının yunan üslubuna oxşamayan bir terzde tikilmiş meşhur Artemis heykelinin qalıqları dövrümüze qeder gelib çatmışdır.


Oxunub: 1169 defe