Dünyanın möcüzeleri :: Rodoslu Koloss (Rodos Heykeli)

20-07-2015 16:08

Rodos Heykeli — dünyanın 7 möcüzesinden altıncısı kimi qiymetlendirilir.

E.e. III esrde serkerde Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları meğlub ede bilmemişdi. Adanın uğurlu müdafiesi şerefine rodoslular adada dünyanın en böyük heykelini qoymağı qerara aldılar.

Abidenin yaradılması antik dövrün meşhur heykelteraşı Lissipin şagirdi Xarese hevale olunmuşdur. Xares abideni 12 il erzinde yaratmışdır. Heykel 66 il mövcud olmuşdur.

Denizle şeher darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykelde genc oğlan tesvir olunmuşdu. Onun möhkem ayaqları azacıq aralı, sağ eli gözlerinin üstünde idi. Başında güneş şüalarının remzi olan tac vardı. Bu, güneş Tanrısı Heliosun tesviri idi. Camaat onu öz himayeçisi hesab edirdi.

E.e 225 –ci ilde baş veren zelzele neticesinde Rodos nehenginin ayaqları sınmışdır. Heykel denize yıxılmış ve texminen 1000 il sahilde bu veziyyetde qalmışdır. Tarixçi Strabonun melumatına göre rodoslular «baxıcı» mesleheti ile onu qaldırmırlar. 653-ci ilde ereb serkerdesi Müaviyye adanı ele keçirdikden sonra nehengi bir yehudiye satır.

E.evvel 977-ci ilde heykeli hisselere ayıraraq satmaq qerarına gelmişler. Qedim elyazmalarda gösterilir ki, heykelin hazırlandığı tuncun daşınması üçün 900 deve lazım olmuşdur.

Nyu-York buxtasındakı Azadlıq heykelinin tmsalında Rodos nehenginin obrazı yaradılmışdır.


Oxunub: 711 defe