Xəbərlər ::

HADİSƏ :: Nabranda reyd - 80 sürücü cezalandırıldı

19-07-2015 17:47

Xaçmaz Rayon Polis Şöbesinin Dövlet Yol Polis Bölmesinin (DYPB) emekdaşları hefte sonu Nabran istirahet zonasında növbeti reyd keçiribler.

 

Reydin keçirilmesinde esas meqsed baş vere bilecek ağır yol-neqliyyat hadiselerinin qarşısı almaq ve avtomobili spirtli içkinin tesiri altında idare eden sürücüleri aşkarlamaq olub.

 

Xaçmaz DYPB-nın reisi Eliağa Esgerbeylinin APA-nın şimal bürosuna verdiyi melumata göre, reyd zamanı yol hereketi qaydalarını pozan 80-ne yaxın sürücü barede protokol tertib edilerek, tedbirler görülüb. Hemin sürücülerin 7-si avtomobili serxoş veziyyetde, 4 nefer sürücülük hüququ olmadan idare eden, qalanları ise diger yol hereketi qaydalarına emel etmeyenler olub.

 

E. Esgerbeyli bildirib ki, reydler istirahet mövsümü erzinde mütemadi olaraq davam etdirilecek.

 


Oxunub 526 defe