Xəbərlər ::

İDMAN :: 22 illik rekord yenilendi

19-07-2015 18:06

Efiopiyalı atlet Genzeba Dibaba qadınlar arasında 1500 metr mesafeye qaçış yarışında yeni dünya rekordu müeyyen ederek 1993-cü ilde çinli Qu Yunxianın elde etdiyi rekord göstericini 22 illik fasileden sonra yenileyib.

Payiz.Az xeber verir ki, G.Dibaba Beynelxalq Atletika Federasiyasının (IAAF) Qızıl liqası yarışlarının Monako turunda 1500 metr mesafeni 3 deqiqe 50.07 saniyeye qet ederek çinli idmançının rekordunu 0.39 saniyelik ferqle tezeleyib. O, bu gösterici ile karyerası erzinde dördüncü dünya rekorduna nail olub. Efiopiyalı idmançı qadınlar arasında 1500, 3000 ve 5000 metr qaçış yarışlarında da rekord netice gösterib. Atlet, hemçinin 1500 metr mesafeye yarışda dünya rekorduna imza atan ilk efiopiyalı idmançı olub.

Onun böyük bacısı Tiruneş Dibaba 5000 mesafeye dünya rekordunun sahibi olub. D.Dibaba 5 min ve 10 min metr mesafeye qaçış yarışlarında Olimpiya ve dünya çempionudur.

Xatırladaq ki, çinli atlet Qu Yunxia 1993-cü il sentyabrın 11-de Pekinde keçirilen ölke çempionatında 3 deqiqe 50.46 saniyelik netice ile dünyada rekord göstericiye nail olmuşdu.


Oxunub 535 defe