Xəbərlər ::

DÜNYA :: BVF Ukraynaya 1,7 milyard dollar ayırdı

26-07-2015 02:55

Beynelxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,7 milyard ABŞ dolları mebleğinde kreditin ayrılmasına razılıq verib.

 

APA-nın BBC-ye istinaden verdiyi melumata göre, bunu Ukrayna  prezidenti Pyotr Poroşenko beyan edib.

 

“Heyata keçirdiyimiz islahatlar neticesinde, teqdim etdiyimiz islahat proqramına müvafiq olaraq Ukraynaya BVF terefinden 1,7 milyard dollar ayrılıb. Bununla bağlı qerar bu hefte verilib”, deye P.Poroşenko bildirib.

 

Bu, ilin evvelinden Ukraynaya ayrılan sayca ikinci kredit tranşıdır. Martda Beynelxalq Valyuta Fondu Ukraynaya 5 milyard dollar ayırmışdı. Qeyd edek ki, 4 il müddetine nezere tutulmuş proqram çerçivesinde Ukraynaya 17,5 milyard dollar ayrılacaq.


Oxunub 211 defe