Xəbərlər ::

HADİSƏ :: Azerbaycanda kütlevi dava: yaralılar var

26-07-2015 12:12

Daşkesen rayonunda baş veren kütlevi dava neticesinde dörd nefer xesaret alıb. Payiz.Az Report-a istinaden xeber verir ki, hadise rayonun Emirvar kendinin erazisinde baş verib.

 

Bele ki, Şemkir rayonunun Könüllü kendinin sakinleri sürülerini otarmaq meqsedi ile heyvanlarını Daşkesen rayonunun erazisindeki yaylaqlara getiribler.

 

İddiaya göre, yolda heyvanların bir hissesi Daşkesen rayonunun Emirvar kend sakinleri Alim Alıyev ve Fariz Memmedova mexsus torpaq sahelerine keçibler.

 

Neticede çobanlarla torpaq sahibleri arasında yaranan mübahise münaqişeye çevrilib.

 

Kütlevi dava neticesinde 1990-cı il tevellüdlü Alim Alıyev beyin silkelenmesi diaqnozu ile Gence Şeher Tecili Tibbi Yardım Xestexanasına çatdırılıb.

 

Kelle-beyin travması alan Fariz Memmedovun veziyyetinin ağır olduğu ve Bakıya gönderildiyi bildirilir.

 

Daha iki hefere ambulator yardım gösterilib.

 

Fakta bağlı Daşkesen Rayon Polis Şöbesinde araşdırma aparılır.


Oxunub 392 defe