News ::

MAQAZİN :: Qohumları xalq artistinin qızıllarına göre mehkemelik oldular

26-07-2015 13:28

SSRİ xalq artisti Lyudmila Zıkinanın ölümünden 6 il keçse de, qohumları onun mirasını bölüşdüre bilmirler. Payiz.Az Lifenews-a istinaden xeber verir ki, merhum müğenninin bahalı daş-qaş kolleksiyası evvelce kömekçilerinde qalıbmış. Hemin qadınlar Lyudmilanın özünün kolleksiyanı onlara verdiyi deseler de, cevahirat onlardan alınaraq Zıkinanın yaxın qohumu Sergeye verilib.

 

Bir neçe milyonluq bahalı zinet eşyaları alan S.Zıkina onları diger qohumlarla bölüşmeyerek satmaq qerarına gelib. Daha sonra o, aldığı pulların oğurlandığını elan edib.

 

Zıkina ailesinin diger üzvleri bunu beyenmeyerek Sergeyi mehkemeye veribler. Mehkemede mebleğin milyon yarım dollar olduğu melum olub.

 

Bir neçe gün evvel ise Moskva mehkemesi Sergeyden 89 milyon rublun (texminen 1 miyon dollar) onun bacısı Yeketerinaya verilmesi barede qerar qebul edib..


Views 397 times