Новости ::

HADİSƏ :: Genc serhedçiler and içdi

26-07-2015 15:38

İyulun 26-da Dövlet Serhed Xidmetinin (DSX) Celilabad rayonunun Göytepe şeherinde yerleşen “N” saylı telim-tedris merkezinde genc esgerlerin andiçme merasimi keçirilib.

 

APA-nın cenub bürosunun melumatına göre, tedbir herbi hisse komandiri, polkovnik Mehman Yusifovun genc esgerleri salamlaması ile başlayıb.

 

Daha sonra  DSX-nin Şexsi heyet üzre Baş İdaresinin reisi, general-mayor Azad Elekberov şexsi heyeti ve merasim iştirakçılarını tebrik edib.

 

Merasimde genc esgerlerin valideynleri de söz alaraq övladlarına Veteni göz bebeyi kimi qorumağı, intizamlı ve mesuliyyetli olmağı,  komandirlerin emrlerini canla-başla yerine yetirmelerini tövsiye edibler.

 

DSX reisi, general-polkovnik Elçin Quliyevin tebrik teleqramı oxunduqdan sonra herbi hissenin döyüş bayrağı sıra meydanına getirilib, genc esgerler Vetene sedaqet andını qebul edibler.

 

Tedbir genc serhedçilerin tenteneli marşla tribunanın önünden keçidi ile başa çatıb.


Просмотров 401 раз