Xəbərlər ::

DÜNYA :: "Fransada terror dalğası davam edecek" - İŞİD-den video-müraciet

14-11-2015 14:23

 

İŞİD Parisdeki terror aktı ile elaqedar video-müraciet yayıb. Payiz.Az-ın Lenta.ru-ya istinaden xeberine göre, bu barede Reuters agentliyi xeber yayıb. Müracietde deyilir ki, Suriyanın bombalanması dayandırılmayınca Fransada terror dalğası davam edecek.

 

Terror aktları dünen Parisin 7 müxtelif yerinde, o cümleden “Bataklan” teatrında, “Stad de Frans” stadionunda baş verib. Terror aktlarının mesuliyyetini İŞİD öz üzerine götürüb.

 

Bir qeder evvel Paris prokurorluğu 128 adamın ölümünü resmen tesdiqleyib. Melumata göre, 99 nefer ağır veziyyetdedir. Resmi Paris Beşer Esedin hakimiyyetde qalmasını istemir. Bununla yanaşı, Fransa Suriya ve İraqda İŞİD obyektlerinin bombalanması emeliyyatlarında iştirak edir. Sentyabrın 27-de İŞİD-in telim bazasının dağıdılmasından sonra Fransa prezidenti Fransua Olland bildirmişdi ki, İŞİD Fransanın tehlükesizliyini hedeleyir.


Oxunub 225 defe