Xəbərlər ::

SİYASƏT :: Sefirlikden Fransada yaşayan azerbaycanlılara müraciet

14-11-2015 20:01

Parisde baş vermiş terror aktları ile elaqedar Azerbaycanın Fransadakı sefirliyi bu ölkede yaşayan azerbaycanlılara müraciet ünvanlayıb.

 

APA-nın melumatına göre, müracietde bildirilir:

 

“Tecili: Fransada yaşayan azerbaycanlıların diqqetine:

13 noyabrda Parisde baş vermiş terror aktları neticesinde hansısa hemvetenimizin zerer çekmesi barede kiminse her hansı melumatı varsa, derhal Azerbaycanın Fransadakı sefirliyine telefonla müraciet etmesi xahiş olunur:

 

01 44 18 60 20 / +33 1 44 18 60 20

 

ve ya Facebook sehifemize yazsın : https://www.facebook.com/azambassade.fr/".        

 

Qeyd edek ki, bundan evvel Parisde baş vermiş terror aktları neticesinde ölen ve yaralananlar arasında Azerbaycan vetendaşlarının olmadığı barede melumat verilib.

 

Azerbaycan Xarici İşler Nazirliyinin metbuat xidmetinin rehberi Hikmet Hacıyevin APA-ya verdiyi melumata göre, bu barede Azerbaycanın Parisdeki sefirliyine Fransa Xarici İşler Nazirliyinden bildirilib.

 

Qeyd olunub ki, zererçekenlerin şexsiyyetinin araşdırılması davam etdirilir.


Oxunub 116 defe