Xəbərlər ::

MAQAZİN :: Aygünle Natavanı barışdırmaq isteyir

15-11-2015 16:16

Prodüser Tarix Eliyev (Tolik) xalq artisti Aygün Kazımovanın etrafındakı insanları tenqid edib. 
Payiz.Az-ın axşam.az-a istinadenn melumatına göre, Tolik müğenninin etrafındakı insanlarla bağlı bunları deyib:
 
"Aygün xanımı çox isteyirem. Onun üreyine beledem. Yanında olan bezi qaşqaldaqların sözüne inanıb, hamıyla dava edib. Amma inanın ki, dava, qalmaqal heç vaxt onun marağında olmayıb. O senet üçün yaradılıb. Çox isteyerdim küsülü olduğu hemkarları ile barışsın. Çünki bezileri bunu istemir, yalnız qızışdırmağı bilirler. Amma sonra Aygün xanım cavab verir. Baxıram gör ne yere gelib çatıb ki, senetden bixeberler de özlerini ulduzların siyahısına qoyur, Aygün xanıma söz deyir. Siz hele bu senetde özünüzü tapın, sonra Aygün xanım haqda danışın".
 
Tolik A.Kazımova ile müğenni Natavan Hebibini barışdırmaq istediyini de vurğulayıb:

"Men Natavanla barışmışam, amma inanın Allaha bir defe Aygün xanım haqda pis heç ne demeyib. Men Aygün xanımla işleyende heç o haqda danışmırdıq. Düzdür, davamız var idi. Amma onda da ortada gezenleri görürdüm. Her gün bir xeber tapıb, yollayıb ürek bulandırırdılar. Men çox isteyerdim Aygün Kazımova ile Natavan Hebibini barışdırım. Bunu isteyen çox insan da var. Amma istemeyenler yüz faiz Aygün xanım demişken "şıntramellalardır". Men de Natavanla barışanda fikir verdim, çoxu yalandan sevindi. Esas da şou-biznes ehli. Hetta bezileri özlerine gele bilmirdiler. Çünki yalnız dava xoşlarına gelir".


Oxunub 177 defe