Xəbərlər ::

SOSİAL :: Fransadakı Azerbaycan diasporu Parisdeki terrorla bağlı beyanat yaydı

16-11-2015 10:38

Fransadakı Azerbaycan diasporu Parisde baş vermiş terror aktlarını pisleyen beyanatla çıxış edib. Diasporla İş üzre Dövlet Komitesinden Payiz.Az-a verilen melumata göre, Paris Azerbaycan Evinin  yaydığı beyanatda bildirilir ki, Fransadakı Azerbaycan icması 2015-ci il noyabrın 13-de Paris sakinlerine qarşı töredilmiş terror aktını pisleyir ve bu hereketi insanlığa zidd addım kimi qiymetlendirir. 

 

Hadise neticesinde helak olanların ailesine başsağlığı veren ve onların ağrı-acısını bölüşdüyünü bildiren beyanat müellifleri eyni zamanda insanların dini inanclarına hörmetle yanaşmağa, tolerantlıq nümayiş etdirmeye ve terrora, aqressiyaya qarşı mübarizede birleşmeye çağırır.

 

Beyanatda hemçinin, Azerbaycan icması adından bu dehşetli cinayeti töredenlerin mesuliyyete celb olunması teleb edilir.

 

Beyanat  Fransa parlamentine, Yelisey sarayına ve yerli metbuata gönderilib.


Oxunub 244 defe