Xəbərlər ::

DÜNYA :: Terror aktları qurbanlarının sayı 80 faiz artıb - HESABAT

17-11-2015 05:39

2014-cü ilde terror aktları qurbanlarının sayı 2013-cü ille müqayisede 80 faiz artıb.

 

APA-nın DPA agentliyine istinaden verdiyi melumata göre, bu barede İqtisadiyyat ve Sülh İnstitutunun (The Institute for Economics and Peace) Qlobal Terrorism İndeksi adlı hesabatında deyilir.

 

Qurumun melumatına göre, 2014-cü ilde töredilen terror aktları neticesinde 32 658 nefer ölüb. Müqayise üçün, 2000-ci ilde  3 min 329 nefer terrorizmin qurbanı olub.

 

En çox insan heyatı aparan terror aktları Efqanıstan, İraq, Nigeriya. Pakistan ve Suriyada qeyde alının. Bu 5 ölkenin payına dünyada baş veren terror aktlarının 78 faizi düşür. İlk onluğa hemçinin Hindistan, Yemen, Somali, Liviya ve Tailand daxildir. 


Oxunub 295 defe