Xəbərlər ::

SOSİAL :: DSMF nümayendeleri Beynelxalq Sosial Teminat Assosiasiyasının seminarında iştirak edibler

17-11-2015 11:45

 

Beynelxalq Sosial Teminat Assosiasiyası (BSTA) bu günlerde Rusiya Federasiyasının paytaxtı Moskva şeherinde Avrasiya ve diger ölkelerin sosial teminat teşkilatlarının rehberleri üçün seminar keçirib. Dövlet Sosial Müdafie Fondunun İctimaiyyetle elaqeler sektorundan Payiz.Az-a verilen melumata göre, dünyada milli sosial teminat sistemlerinin inkişafının aktual problemlerine hesr olunmuş tedbirde Dövlet Sosial Müdafie Fondunu sedrin müavini Zakir Babayev ve sedrin müşaviri Yalçın Müslümov temsil edibler.

 

Seminarın işinde Rusiya Federasiyasının, Qazaxıstanın, Bolqarıstanın, Polşanın sosial sığorta ve pensiya qurumlarının rehberleri iştirak edibler.

 

 

Seminarda rus dilinde neşr olunmuş “Beynelxalq sosial teminat: senedler ve şerhler” adlı mecmuenin teqdimatı keçirilib ve BSTA-nın Baş katibi X.Konkolevskinin “BSTA-nın Rehber  tövsiyelerinin meqsed ve vezifeleri, habele sosial teminatın idare olunmasında standartların yükseldilmesi üzre BSTA merkezinin gösterdiyi xidmetler haqqında” meruzesi dinlenilib.

 

 

Qeyd olunan mecmueye Beynelxalq Emek Teşkilatının esas konvensiyaları ve tövsiyeleri, BSTA-nın sosial teminat meselleleri üzre Rehber  tövsiyeleri daxil edilib. Kitabın BSTA-nın Rehber  tövsiyyeleri hissesinde “Vicdanlı idareetme”,  “Xidmetin keyfiyyeti”, “İnformasiya-kommunikasiya texnologiyaları”, “Sosial sığorta haqlarının toplanması ve ödeme intizamının temin edilmesi” kimi bölmelerinde verilen  tövsiyyeler sosial (pensiya) fondların fealiyyetlerinin tekmilleşdirilmesi işine kömeklik xarakteri daşıyır.

 

Seminarda hem de “Milli sosial teminat sistemleri: müasir çağırışlar ve inkişaf yolları” mövzusunda deyirmi masa keçirilib. Deyirmi masada sosial teminat sahesinde tanınmış alimler ve mütexessisler çıxış edibler.

 

Dövlet  Sosial Müdafie Fondunun nümayendeleri BSTA-nın Baş katibi X.Konkolevski, habele Rusiya Federasiyası Pensiya Fondunun  ve Sosial Sığorta Fondunun rehberleri ile keçirdikleri ikiterefli görüşlerde gelecek emekdaşlığın perspektivlerini müzakire edibler.

 

 


Oxunub 241 defe