Xəbərlər ::

HADİSƏ :: Kanadadan poçtla narkotik getirdenlerin işi MEHKEMEDE

17-11-2015 14:21

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde narkotik maddelerin dövriyyesinde teqsirli bilinen Ferhad Necefovun ve oğlu, Kanada vetendaşı Cahangir Necefovun cinayet işi üzre mehkeme prosesi davam edib.

Payiz.Az-ın melumatına göre, hakim Novruz Kerimovun sedrliyi ile keçirilen prosesde şahidler ifade verib. Şahid qisminde dindirilen Gülnare Şirinova turizm sahesinde çalışdığını qeyd edib: “22 yaşım var, kollec mezunuyam. Subayam. Cahangiri tanıyıram. Bacım yoldaşının dostudur. Tanışlığımız olub. Evlerine getmişem. Onunla münasibetimiz yaxşı olub. Narkotik madde görmemişem, istifade edib-etmemesinden de xeberim yoxdur”.

Prokuror şahidin mehkemede verdiyi ifade ile istintaqda verdiyinin ifadede ziddiyyet teşkil etdiyini qeyd edib. G. Şirinova istintaq zamanı tezyiqe meruz qaldığını, ailesinin bu işden xeberi olmasın deye, imza çekdiyini bildirib. Hakim onun istintaqa verdiyi ifadeni mehkemede seslendirib. İstintaq zamanı G. Şirinovanın ifadesinde, onun Cahangir Necefovun menziline getdiyini ve hemin evde narkotik madde-marixuana çekdiklerini qeyd olunub.

Şahid istintaqa verdiyini ifadeni tekzib ederek, mehkemede verdiyi ifadesini tesdiqleyib.

Bundan sonra mehkemede Merkezi Poçtun emekdaşları ifade verib. Onlar ifadelerinde bildiribler ki, Kanadan gelen bağlamalardan şübhelenibler. Araşdırma zamanı hal şahidlerinin iştirakı ile paltarlara bükülmüş veziyyetde narkotik madde aşkarlayıblar.

Mehkeme prosesi noyabrın 20-de davam edecek.

Qeyd edek ki, Bakı Baş Gömrük İdaresinin Poçt gönderişlerine nezaret bölmesinde poçt gönderişlerine “Rapiscan” markalı rentgen aparatı vasitesile gömrük nezareti heyata keçirilerken Kanadadan daxil olmuş iki eded poçt bağlaması şübhe doğurduğu üçün saxlanılıb ve gömrük yoxlaması zamanı bağlamanın birinden 2 kiloqram 15 qram, diger bağlamadan ise 2 kiloqram 300 qram olmaqla, cemi 4 kiloqram 315 qram bitki menşeli, tünd yaşıl rengli, keskin qoxuya malik madde aşkar olunub.

Mehkeme Ekspertiza Merkezinin arayışına esasen hemin maddelerin kustar üsulla hazırlanmış narkotik vasite - qurudulmuş marixuana olduğu müeyyen edilib.

Araşdırmalar zamanı hemin bu narkotik maddenin Cahangir Necefov ve Ferhad Necefova adına gönderildiyi bilinib.

Her iki şexse Cinayet Mecellesinin 234.4.3( qanunsuz narkotik maddenin dövriyyesi), 234.4.1. qabaqcadan elbir olan bir qrup şexs terefinden ve ya müteşekkil deste terefinden töredildikde) maddeleri ile cinayet işi başlanıb. 


Oxunub 322 defe