Xəbərlər ::

MAQAZİN :: Nadir yene esebileşdi: "Yazırlar ki, xanımını reklam edir..."

17-11-2015 14:30

Müğenni Nadir Qafarzade heyat yoldaşı ile birlikde Ukraynayaa istirahete yollanıb. Bu barede Payiz.Az-a ifaçının özü melumat verib. O bildirib ki, hele bir neçe gün istirahet edecek: “Menim üçün en gözel istirahet ailemdir. Ailemin yanında olanda her şeyi unuduram. Demek olar ki, bu yay istirahetin ne olduğunu bilmedim. Yaradıcılıq işlerime göre istirahetimi mecburen bu aya saldım. Yoldaşımla birge İsveçreye oğlumun yanına getdik, orada bir neçe gün qalandan sonra ise indi de Ukraynaya geldik. Buranın havası gözledi. Amma heç bir yer mene vetenimden doğma deyil. Allah heç kesi yurdundan uzaq salmasın”.

 

N.Qafarzade daha sonra sosial şebekede ona ünvanlanan tenqidi fikirlere münasibet bildirib: “Sosial şebekede yazırlar ki, Nadir xanımını reklam edir. Bu sözü deyen insanların qeyretinde, namusunda problem var. Çünki normal insan bu sözü demez. Ne olsun ki, men tanınmış insanam? Tanınmış olduğuma göre, her söz danışa bilerler? Heyat yoldaşım bu heyatda menim her şeyimdir. Onsuz bir günüm olmasın. Sadece men üzde olan insan olduğuma göre, her addımım müzakire olunur”.

 

 

N.Qafarzadenin Ukraynadan olan şekillerini teqdim edirik


Oxunub 242 defe