Xəbərlər ::

SOSİAL :: “Azeriqaz”dan ehaliye XEBERDARLIQ

17-11-2015 14:53

“Azeriqaz”  İB terefinden mütemadi olaraq aparılan meqsedyönlü tebliğata baxmayaraq, respublika erazisinde tebii qazdan düzgün istifade edilmesi qaydalarının kobud şekilde pozulması hallarına hele de rast gelinir.

 

“Azeriqaz”-ın metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, aparılmış araşdırmalar gösterir ki, bedbext hadiselerin texminen 98 faizi istehlakçılar terefinden tebii qazdan istifade qaydalarına tam riayet edilmemesi sebebinden baş verir.

Bütün bunları nezere alaraq, “Azeriqaz” İB istehlakçıları aşağıdakı tehlükesizlik qaydalarına riayet etmeye çağırır: 


• Menzile, zirzemilere daxil olarken qaz sızmasının olmadığını teyin etmemiş açıq oddan ve elektrik şebekesinden istifade etmeyin. 

• Qaz cihazlarından istifade etmezden evvel mütleq otağın havasını deyişin, yalnız qaz iyinin olmadığına emin olduqdan sonra cihazı yandırın. 

• Qaz cihazlarından istifade ederken yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın. 

• Qaz cihazlarını nezaretsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xestelerin, qazdan istifade etmeyi bacarmayan şexslerin qaz cihazlarından istifadesine imkan vermeyin. 

• Qaz cihazlarından istifade edib qurtardıqdan sonra cihaz üzerindeki bağlayıcını ve xetdeki nezaret kranını bağlayın. 

• Qaz qurğularını onların texniki pasportlarında gösterilmiş teleblere uyğun tehlükesiz istismar edin. 

• Qaz cihazlarının temiri ve onlara texniki xidmet gösterilmesi işleri yalnız xüsusi razılığı (lisenziyası) olan teşkilatların ve ya yerli qaz istismar sahelerinin aidiyyeti işçileri terefinden heyata keçirilmelidir. Kenar şexslerin bu işleri görmesine yol vermeyin. 

• Qaz iyi ve qaz cihazlarında nasazlıq hiss etdikde, derhal bütün kranları bağlayın, elektrik cihazlarını şebekeye qoşmayın, işlek cihazları şebekeden ayırmayın, işığı yandırıb-söndürmeyin, menzilin havasını deyişdikden sonra 104 №-li telefonla qeza dispetçer xidmetine müraciet edin. 

• Menzilde 1 (bir) aydan çox müddetde kimsenin yaşamayacağı teqdirde qaz istismar sahesine bu barede evvelceden yazılı olaraq melumat verin. 

• Zirzemide, binanın girişinde, heyetde, küçede qaz iyi hiss etdikde etrafdakılara ehtiyat tedbirleri barede xeberdarlıq edin, qazlı mühitden insanların çıxarılması, açıq od ve qığılcım yarada bilen hereketlerin qarşısının alınması üzre tedbirler görün ve qaz istismar sahesine tecili melumat verin. 

• Yanğın baş verdikde derhal menzile ve ya eve geden qaz xetti üzerindeki giriş kranını (ventili) bağlayın, 101 №-li telefonla FHN-nin yanğından mühafize xidmetine, 104 №-li telefonla ise qaz qeza dispetçer xidmetlerine xeber verin. 

• Daxili qaz kemerleri ve qaz cihazlarına profilaktik xidmet gösterilmesine maneçilik törede bilen işlere yol vermeyin. 

• Tüstü bacalarının, havalandırma ve havadeyişme xetlerinin normal işlemesini diqqetde saxlayın ve qaz cihazlarından istifade etmezden evvel mütleq onlarının normal işlemesine emin olun. Qaz sobalarının ve su qızdırıcılarının tüstü kanalları (bacaları), metbex ve vanna otaqlarının ventilyasiya kanalları ( havadeyişme yolları) qış mövsümünün başlanmasına qeder bina ve ferdi yaşayış evlerinin sahibleri terefinden temizlendirilmeli, temir etdirilmeli ve onların vaxtaşırı yoxlanılması temin olunmalıdır. 

• İctimai binalarda, tehsil, sehiyye, diger idare ve müessiselerde tebii qazdan istifadeye cavabdeh şexsler teyin edilmelidir. Mesul şexsler müessise rehberinin emri ile teyin edilmeli ve “Qaz teserrüfatında tehlükesizlik Qaydaları” na uyğun olaraq imtahan vermelidirler. 


Bundan başqa, xeberdarlıqda nelerin qadağan olunması ile bağlı da melumat da ifade edilib:

• Qaz xetlerinin özbaşına çekilmesi, qaz cihazlarının yerinin deyişdirilmesi, temiri ve elave qaz cihazlarının quraşdırılması; 

• Qaz cihazları üzerinde paltar ve ya diğer alışa bilen eşyaların qurudulması; 

• Qaz cihazları olan otaqlarda tez alışan mal ve materialların yerleşdirilmesi ve saxlanılması qadağandır.


Unutmayın ki, tebii qazdan istifade qaydalarına riayet etmekle siz özünüzün ve etrafdakıların heyatını baş vere bilecek bedbext hadiselerden qorumuş olursunuz.  

 


Oxunub 1330 defe