Xəbərlər ::

DÜNYA :: Meğribin geciken baharı ve ya İŞİD-in hücum etdiyi muzeyden REPORTAJ

17-11-2015 15:31

...Aralıq denizine otelin penceresinden baxıram. Kimsesiz sahilde ayaq izleri bele görünmür. Avropa Mühafizekarlar ve İslahatçılar Alyansının zirve toplantısı ile elaqedar tehlükesizlik tedbirleri en yüksek hedde çatdırılıb. Sahile ayaq basıb qum üzerinde - dalğaların, yaxud küleyin bir göz qırpımında sile bileceyi bir iz qoymaq şansım bele yoxdur. Tehlükesizlik xidmetinin xahişimi güler üzle qarşılayıb yerine yetirmek imkanı olmayan emekdaşları otelin heyetindeki hovuzun etrafında gezmeyimi meslehet görürler.

Son terror hadisesinden sonra bura istirahet üçün gelenlerin sayı yeterince azalıb. Ne ekzotik meyveler, ne qumlu sahil, ne de aylı gecelerde dalğaların üzerinde reqs eden işıq zerrecikleri, ne de qızmar Afrika güneşine göre kimse heyatını tehlükeye atmaq istemir. “Ereb baharı”ndan sonra bu yerlere payız gelmeyib. Ve erebler “demokratiya”dan aşırı inanc ve entuziazmla gözlediklerini ala bilmeyibler. Bu yerlerde “demokratiya” bar vermeden başını aşağı salıb. Sabitlik maksimim tehlükesizlik tedbirleri bahasına qorunsa da, resmiler işsizliyin kifayet qeder yüksek olduğunu deyirler... Ölkenin esas gelir menbeyi olan turizm sektoru çökdüyü üçün gencler, xüsusile de qadınlar başqa ölkelere üz tutmaq mecburiyyetinde qalıblar. Dil maneesi olmadığı üçün Fransaya gedenlerin sayı çoxluq teşkil edir...

 

 

İlke atılan imza

 

Sammitin ilk günü Avropa Mühafizekarlar ve İslahatçılar Alyansını Şurasının toplantısı ile başladı.

Alyansın prezidenti Jan Zahradil konfranslararası dövrde görülen işlerden, heyata keçirilen layihelerden danışdı. AECR prezidentinin çıxışı zamanı terefdaş ve üzv partiyalarla birge heyata keçirilen layiheler barede qısa filmler nümayiş etdirildi.

Jan Zahradilin çıxışından sonra Alyansın icraçı direktoru Riçard Milsom üzv partiyalara maliyye hesabatını teqdim etdi ve növbeti il erzinde heyata keçirilecek layiheler barede melumat verdi.

Çıxışlardan sonra yeni üzvlerin qebulu barede meselenin müzakiresine başlanıldı. Alyansın üzvlüyüne namized olan Bütöv Azerbaycan Xalq Cebhesi Partiyası, İtaliya Mühafizekarlar ve İslahatçılar Partiyası, Finlandiya Finler Partiyası ve Slovakiya Azadlıq ve Hemreylik Partiyasının rehberleri teqdimat nitqi ile çıxış etdiler.

BAXCP sedri Qüdret Hesenquliyev partiyanın fealiyyetinden, Azerbaycan torpaqlarının Ermenistan terefinden işğalı neticesinde yaranmış münaqişenin tenzimlenmesinden, Azerbaycanda keçirilen son parlament seçkilerinden ve BAXCP-nin prioritetlerinden danışdı. BAXCP sedrinin çıxışı zamanı partiyanın fealiyyetini eks etdiren slayd nümayiş olundu.

Çıxışlardan sonra Alyansa yeni üzv olan partiyaların sedrleri Reykyavik beyyannamesini imzaladılar.

Reykyavik beyannamesi 10 prinsipden ibaretdir. Beyannamede qeyd olunur ki, Avropa Mühafizekarlar ve İslahatçılar Alyansı (AECR) şexsiyyet azadlığı, dövlet müsteqilliyi, parlament demokratiyası, qanunun aliliyi, mülkiyyetin toxunulmazlığı, aşağı vergiler, dayanıqlı valyuta, azad ticaret, hakimiyyetin şeffaf reqabetlilik esasında ötürülmesi prinsipleri esasında bir araya gelen terefleri birleşdiren ittifaqdır:

1. AECR Avropanın müsteqil dövletlerinin öz erazi bütövlüklerini ve milli özünemexsusluqlarını qorumaqla qarşılıqlı maraqlar esasında emekdaşlıq ede bileceklerine inanır.

2. AECR erazisinden, bu ve ya diger beynelxalq teşkilata üzvlüklerinden asılı olmayaraq Avropanın bütün demokratik dövletlerinin beraber hüquqlu olduqlarını beyan edir.

3. AECR hakimiyyetin en aşağı seviyyeden – ferdlerden başlayaraq, yerli, dövlet ve dövlet üstü orqanlaradek beraber esaslarla paylaşılmasını teşviq edir.

4. AECR açıq cemiyyetin dövletin tesirinden maksimum mühafize olunan şexsiyyetin azadlığına ve leyaqetine söykendiyini qebul edir. Şexsiyyet azadlığı ise özünde vicdan, söz ve ifade, serbest hereket ve birleşme, meşğulluq azadlıqları, elece de şexsiyyetin repressiv, özbaşına ve cezalandırma üsullarıyla vergiye celbedilmeden azad olduğunu ehtiva edir.

5. AECR etnik ve cinsi mensubiyyetinden, sosial menşeyinden asılı olmayaraq bütün vetendaşların qanun qarşısında beraber olduqlarını bildirir.

6. AECR ekstrimizm ve avtoritarizmin bütün formalarını redd edir.

7. AECR ailelerin ve vetendaş cemiyyeti subyektlerinin şexsiyyetle hakimiyyet arasında mühüm rola malik olduğunu bildirir.

8. AECR müsteqil dövletlerin özünemexsus demokratik qanunvericiliyini qebul edir.

9. AECR Avropa ve dünya miqyasında serbest ticareti ve azad reqabeti teşviq edir.

10. AECR 2009-cu ilde qebul edilmiş Praqa beyannamesinin prinsiplerini, Avropa Mühafizekarlar ve İslahatçılar Alyansının Avropa Parlamentinde, elece de diger parlamentar şura ve assambleyalardakı fealiyyetini destekleyir.

Xatırladım ki, BAXCP Avropa Mühafizekarlar ve İslahatçılar Alyansına üzv olan ve Reykyavik beyannamesini imzalayan ilk Azerbaycan partiyasıdır. Xeyirli-uğurlu olsun!

 

Meğrib sammiti

 

Avropa Mühafizekarlar ve İslahatçılar Alyansı Şurasının toplantısı başa çatdıqdan sonra “ereb baharı”ndan sonra regionda yaranmış veziyyete hesr olunmuş Meğrib zirvesi öz işine başladı. Noyabrın 13-de, saat 13:30-da başlayan ve bir neçe plenar iclastan ibaret olan Zirve toplantısı noyabrın 14-de, günün birinci yarısı öz işini başa vurdu.

Plenar iclaslarda Avropa Mühafizekarlar ve İslahatçılar Alyansının prezidenti Jan Zahradil, Alyansın Avropa Parlamentindeki qrup rehberi Seyid Kamal, Baronessa Sayeeda Varsi, Avropa Şurası Parlament Assambleyasının vitse prezidenti ve Türkiye nümayende heyetinin bu qurumdakı rehberi Reha Denemeç, Tunis Parlamentinin ve İstiqlal Partiyası İdare Heyetinin üzvü  Adil Ben Hamza, İtaliya Mühafizekarlar Partiyası sedrinin müavini, deputat Daniel Cappezone, Tunisin Milli Dialoq Dördlüyünün temsilçisi Ouided Bauçamaoyi, Tunisin keçmiç xarici işler naziri Rafiq Absessalam, Polşanın sabiq xarici işler naziri Anna Fotiga, Tunis Ennahda Partiyasının lideri Çeik Reşid Ghannouçi, AECR-in baş katibi ve Avropa Parlamentinin üzvü Daniel Hannan, Kanada senatının üzvü Salma Ataullahcan, Tunisin Kommunikasiya Texnologiyaları naziri Nomane Fehri, İslandiyanın keçmiş dövlet naziri Thor Thordarson, Avropa Parlamentinin vitse prezidenti Riçard Kzarneçki, Avropa Parlamentinin üzvü Amjad Başir, Tunisin Daxili İşler naziri Mohamed Najem Gharsalli, Beynelxalq Böhran Qrupunun aparıcı tehlilçisi Mikayıl Ayari, İspaniyanın Xarici İşler naziri Jorge Vazques Kosta, Lüksemburq Demokratik Alternativ Partiyasının sedri Fernand Kartheiser, Böyük Britaniya Lordlar Palatasının üzvü Baron Martin Kallanan, Tunisin Emek naziri Zied Ladhari, Tunizin, İnkişaf, Yatırım ve Beynelxalq Emekdaşlıq naziri Yassin Brahim “ereb baharı” ve regionda baş veren diger hadiselerle bağlı meruze etdiler.

 

Tarixe ve medeniyyete açılan gülle

 

Tunise seferimizin en yaddaqalan hisselerinden biri de Bardo Milli Muzeyini ziyaretimiz oldu.

Teessüf ki, Bardo Milli Muzeyi tarixe tekce dünyanın en böyük mozaika muzeyi kimi deyil, hem de terror aksiyasının heyata keçirildiyi mekan kimi de düşüb. Bu il martın 18-de İŞİD ve “El Qaide” terrorçularının muzeye hücumu neticesinde aralarında Yaponiya, İtaliya, Kolumbiya, İspaniya, Rusiya, Böyük Britaniya, Avstraliya, Fransa ve Polşalı turistlerin de olduğu 23 nefer helak olub.

Muzeyin divarlarında ve bezi eksponatların üzerinde gülle izleri hele de qalmaqdadır ve bu izler terrorun tekce ayrı-ayrı milletleri, dinleri temsil eden insanların deyil, bütövlükde bütün beşeriyyetin düşmeni olduğunu nümayiş etdirir. Bu gülle izleri hem de cehalet, xurafat ve nadanlığın intellekte, medeniyyete, tarixe qarşı elan olunmamış ebedi savaşının göstericisidir.

Tunis medeniyyetlerin qovşağıdı ve Bardo Milli Muzeyi bu ölkenin qedim tarixini dini ehkamların dili ile deyil, medeniyyet vasitesile nümayiş etdiren yegane mekandır. Tunis hem de qedim ve neheng Roma medeniyyetinin ayrılmaz bir parçasıdır. Neheng, divar boyu işlenmiş mozaikalarda bu medeniyyetin izlerini en ince cizgilerine kimi görmek mümkündür. Beledçinin uzun-uzadı söhbetlerinden yorulub otaqdan-otağa addımlayır, Roma medeniyyetinin efsanevi nümunelerine heyranlıqla tamaşa edirik. Diqqetimizi Roma imperatorlarının büstleri celb edir. İndi onlardan yalnız büstler qalıb... Mark Avrelinin büstünün qarşısında dayanıb bu böyük dövlet xadiminin ve neheng filosofun şexsiyyeti haqqında düşünürem.

Mark Avrelinin hakimiyyeti dövründe dövlet bütün xestelerin ve elillerin qayğısını öz üzerine götürmüşdü. Avreli sosial dövlet anlayışının esasını qoyan ilk imperatordur. O varlılardan daha çox vergi tutulması barede gösteriş vermişdi. Bu vesaitlerin hesabına azteminatlı aileler ve kimsesizler üçün sığınacaqlar tikilmiş, genclerin felsefe ve diger dünyevi elmleri öyrendiyi tehsil ocaqlarının esası qoyulmuşdu...

...Ve indi Mark Avreli kimi tarixin o başından boylanan işıqlı bir şexsiyyetin büstü qarşısında dayanıb “ereb baharı” haqqında düşünmek qeribe gelir adama. Mene ele gelir ki, burada sadece zaman, texnologiya ve insanların geyimi ireli gedib, dünyagörüşü ve medeniyyet ise Mark Avreliden çox-çox evvellere qayıdıb...

“Gücle qazana bilmediyini, ağılla feth ede bilersen”, “İnsan düşdüyü şeraite göre deyil, mahiyyet etibarı ile leyaqetli olmalıdır” ve yüzlerle bu kimi tarixin bütün dövrleri üçün aktual olan fikirlerinin müellifinin – böyük hökmdar ve filosof Mark Avrelinin büstünün önünden çekilib başı, qolu, ayağı ve diger ezaları sınmış, yaxud sındırılmış heykellerin önünden keçirem. Görünür İŞİD tekce bu günün belası deyil... İŞİD belke de terror qrupundan daha çox esrlerle bizimle birge addımlayan tepegözlerin “felsefesi”dir, amöblerin “dünyagörüşü”dür...

...Bardo Milli Muzeyi geride qalır. Bir neçe saatdan sonra Tunise seferimiz de başa çatacaq. Bu seferden çıxardığımız qenaet ise çox güman ki, uzun iller boyu bizimle yanaşı addımalayacaq, bizi deyerlerimize sahib çıxmaq, onları qorumaq üçün daha cesaretli olmağa sövq edecek. Cehaletin, nadanlığın qarşısında esla geri çekilmek olmaz... Tunis xalqına önünde milli, yaxud dini mensubiyyet ifade eden sözlerin deyil, yüksek beşeri deyerlerin yer aldığı gerçek bir bahar arzulayaraq geri qayıdırıq...
Salam, Bakı...

 

Elçin Mirzebeyli

 

Bakı-Tunis-Bakı


Oxunub 322 defe