Xəbərlər ::

SİYASƏT :: Ermenistan parlamenti telaş içindedir - deputat yazır

17-11-2015 17:42

AŞPA-nın Sosial Meseleler Komitesinin 23 noyabrda keçirilecek iclasında meruzeçi Militsa Markoviçin hazırladığı “Azerbaycanın serhedyanı rayonlarının sakinleri qesden sudan mehrum edilir” adlı meruzesi müzakireye çıxarılacaq. Azerbaycanın AŞPA-da nümayende heyetinin üzvü Elxan Süleymanov bu meruze barede meqale ile çıxış edib.

**

 

AŞPA-nın Sosial Meseleler Komitesinin 23 noyabrda keçirilecek iclasında meruzeçi Militsa Markoviçin hazırladığı “Azerbaycanın serhedyanı rayonlarının sakinleri qesden sudan mehrum edilir” adlı meruzesi müzakireye çıxarılacaq.

Diqqete çatdırmaq isterdim ki, AŞPA Komitesinde bu meruzenin hazırlanması barede qerarın qebul edilmesi üçün ciddi mübarize aparmalı olmuşuq. Men 2014-cü ilde Ermenistanın işğalı altında qalmış Azerbaycan erazilerinde yerleşmiş Serseng su anbarının ölkemizin cebheyanı diger erazileri üçün humanitar felaket ve ekoloji böhran yarada bilecek ciddi tehlüke menbeyine çevrilmesini ehtiva eden qetname layihesi teqdim etdim. AŞPA rehberliyi ve qurum daxilinde fealiyyet gösteren anti-Azerbaycan qüvvelerin güclü tezyiqlerine baxmayaraq, meruzenin hazırlanması barede qerarın qebul edilmesine nail olduq. Bu meruzenin hazırlanması üçün AŞPA üzvü, Bosniyalı xanım deputat Militsa Markoviç meruzeçi teyin edildi.

Xanım deputat Militsa Markoviç meruzeçi olduğu müddet erzinde 2 defe Azerbaycana sefer etmiş, Azerbaycanda resmi dövlet orqanları ile, “SOS Serseng” layihesi heyata keçiren QHT nümayendeleri ile görüşler keçirmiş, Serseng su anbarının işğal altında qalması neticesinde zerer çekmiş cebheyanı rayonlara sefer etmiş, yerli ehali ile söhbet etmiş, yerlerde real veziyyetle tanış olmuşdur.

Eyni zamanda qeyd etmeliyem ki, AŞPA katibliyi meruzeçinin Serseng su anbarının yerleşdiyi işğal altında olan erazilere sefer etmesine ve veziyyeti yerindece qiymetlendirmesine şerait yaratması xahişi ile Ermenistan terefine müraciet ünvanlamışdı. Lakin Ermenistan hakimiyyeti meruzeçiye Serseng su anbarının yerleşdiyi eraziye sefer etmesi üçün şerait yaratmamışdır. Ermenistan terefi bu addımı atmaqla faktiki olaraq AŞPA meruzeçisi ile emekdaşlıqdan ve özünün beynelxalq öhdeliyini yerine yetirmekden imtina etmişdir. Ermenistan terefinin bu destruktiv mövqeyine baxmayaraq, Militsa Markoviç qeyd edilen meruzeni hazırlayaraq Katibliye teqdim etmişdir ve hemin senedin müzakiresi, yuxarıda gösterildiyi kimi, Sosial Meseleler Komitesinin 23 noyabr tarixli iclasının gündeliyine daxil edilmişdir.

Xüsusile vurğulamaq isterdim ki, Ermenistan terefi AŞPA Siyasi Meseleler Komitesinin 4 noyabr tarixli iclasında Britaniyalı deputat Robert Volterin hazırladığı “Azerbaycanın Dağlıq Qarabağ ve diger işğal olunmuş erazilerinde zorakılığın artmasına dair” meruze qebul edildikden sonra ciddi telaş keçirir. Veziyyet o hedde çatıb ki, bu ölkenin parlamentinde mesele ile bağlı müzakireler aparılıb, nümayende heyetinden bu qerarın qarşısını ala bilmediklerine göre ne ile meşğul olmaları barede hesabat teleb edilib. Maraqlısı odur ki, müzakirelerin sonunda parlamentin spikeri Qalust Saakyan bu uğursuzluğa göre günahkar axtarmamağa, AŞPA-nın 2016-cı il yanvar sessiyasında hemin qetnamenin qebulunun qarşısını almaq üçün seferber olmağa çağırıb.

Belelikle, aydındır ki, Ermenistan terefi Sosial Meseleler Komitesinin iclasında da “Azerbaycanın Dağlıq Qarabağ ve diger işğal olunmuş erazilerinde zorakılığın artmasına dair” meruzenin qebul edilmesinin qaşısını almaq üçün bütün vasitelerden istifade edecekdir. Buna misal olaraq, 2015-ci ilin iyun sessiyası zamanı Monitorinq Komitesinde hemmeruzeçiler Pedro Aqramunt ve Tadeuş İvinskinin “Azerbaycanda demokratik institutların fealiyyetine dair meruzesinin 1-ci bendinde yazılmış “Assambleya Azerbaycanın Dağlıq Qarabağ ve diger erazilerinin işğal edilmesi barede melumatlıdır” ifadesinin leğv edilmesi meqsedile Ermenistan nümayende heyetinin ve onların havadarları olan anti-Azerbaycan qüvvelerin Avropada ses-küy salan riyakarlıqlarını ve dünya ictimaiyyetini çaşdırmaq üçün eyni mezmunlu 7 düzeliş ireli sürmelerini xatırlatmaq zeruridir.

Biz hemçinin yaddan çıxarmamalıyıq ki, Siyasi Meseleler Komitesinin iclasında Azerbaycanın Dağlıq Qarabağ ve diger erazilerinin işğalına dair meruzenin ümumiyyetle gündelikden çıxarılmasına ve bir daha bu meseleye qayıdılmamasına dair texribat xarakterli teklif ireli sürülmüşdü ve bu teklif sesverme neticesinde qebul edilmemişdi. Analoji teklifin Sosial Meseleler Komitesinin iclasında da ireli sürülmesi gözlenilir. Bundan elave, Azerbaycana qarşı qatı düşmen mövqeyi nümayiş etdiren Baş Katib Savitskinin rehberliyi altında fealiyyet gösteren katibliyin de texribat xarakterli “sürprizler” etmesi real görünür. Ermenistan nümayende heyeti ile bir mövqeden çıxış eden diger anti-Azerbaycan qüvvelerin birleşerek, öz meruzesini geri götürmesi üçün Bosniyalı meruzeçi Militsa Markoviçe tesir göstermeleri de istisna edilmir. Qeyd etmek lazımdır ki, hemin qüvvelerin Dağlıq Qarabağ ve diger işğal edilmiş erazilere dair meruzeçi Robert Voltere tezyiqleri neticesiz qaldı. Zennimce, bu meselede cenab Volterin Avropanın böyük tecrübeye malik tanınmış siyasetçi olması ve dünyanın aparıcı dövletlerinden biri olan Böyük Britaniyanın deputatı olması vacib rol oynadı. Lakin nezere almalıyıq ki, xanım Markoviç XX esrin sonunda dövlet müsteqilliyi elde etmiş kiçik dövlet olan Bosniyadandır. Ümid edirem ki, qeyd edilenlere baxmayaraq, xanım Markoviç müzakireler zamanı obyektivlik ve prinsipiallıq nümayiş etdirecek.

Nehayet, göründüyü kimi, Sosial Meseleler Komitesinde “Azerbaycanın serhedyanı rayonlarının sakinleri qesden sudan mehrum edilir” adlı meruzenin müzakiresi zamanı ciddi mübarize gözlenilir.


Oxunub 330 defe