Xəbərlər ::

SOSİAL :: "Mübariz Mensimovun heç bir terror qruplaşması ile elaqesi yoxdur" - AÇIQLAMA

17-11-2015 18:51

“Mübariz Mensimovun her hansı bir terror qruplaşması ile elaqesi yoxdur ve ola da bilmez”. Bu barede Payiz.Az-a “Palmali Shipping & Agency” şirketinin resmisi Tuyqun Nadirov deyib. Onun sözlerine göre, adı çekilen şirket işlerini hüquq çerçivesinde edir: “Beynelxalq bazarda yüksek statusa malik olan “Palmali” şirketler qrupu yarandığı günden biznes prinsiplerine, beynelxalq hüquqi rejime riayet olunmasına esaslanır. Biz terror teşkilatlarının dünyada sabitliye ve qayda-qanunlara ne derecede tehlüke yaratdığını tam mesuliyyetimizle derk edirik, bütövlükde yalandan ibaret olan melumatları şirketimizin müsbet nüfuzuna lekelemesine imkan vermerik".

 

Mübariz Mensimovun dünyanın en qeddar terror teşkilatı olan “İslam Dövleti” (İŞİD) ile razılaşdırılmış neft biznesine dair metbuatda geden melumatlara gelince, T. Nadirov xeberde qeyd edilen İspaniyanın “El Economista” qezetinde bu barede yazı getmediyini vurğulayıb: “İspan metbuatında neft daşınması ile elaqedar yazı gedib. Tam mesuliyyeti ile deyirem ki, yazıda ne bizim şirketin, ne de Mübariz Mensimovun adı çekilmeyib. Çekile de bilmez. Eger bele bir yazı varsa, xahiş edirik, oxuculara hemin yazını link, yaxud da şekil vasitesi ile teqdim etsinler. Şirketimiz deyilen sözler yalan ve böhtandır".

 

Qeyd edek ki, bu gün metbuatda azerbaycanlı oliqarx Mübariz Mensimovun dünyanın en qeddar terror teşkilatı olan “İslam Dövleti” (İŞİD) ile razılaşdırılmış neft biznesine dair melumat yayılmışdı. Payiz.Az-ın virtualaz.org-a istinaden xeberine göre, İspaniya menbeleri İraq Kürdüstanından hazırda İŞİD-in nezaretinde olan Kerkük-Ceyhan neft kemeri vasitesile Türkiyenin Ceyhan limanına Bağdad hökumetinin razılığı olmadan neql edilen neftin Mensimovun tankerleri ile daşındığını bildirir.

 

Bu günlerde “Palmali Shipping & Agency” şirketi terefinden kirayelenmiş iki tanker Ceyhan limanından Kürdüstan nefti ile doldurularaq yola salınıb. Daha iki tanker ise İŞİD-in icazesi ile hazırda yüklenmekdedir. ABŞ-ın ve İraq hökumetinin xeberdarlığından sonra aparıcı şirketlerden heç kim bu nefti almır. Ancaq tankerlerin yüklenmesi ve yola salınması gösterir ki, İraq Kürdüstanı ve İŞİD qaçaq nefte alıcı tapa bilirler.


Oxunub 329 defe