Xəbərlər ::

DÜNYA :: Erdoğan Davudoğluna hökumeti formalaşdırılmağı tapşırdı

17-11-2015 22:38

Türkiye prezidenti Receb Tayyip Erdoğan baş nazir  Ehmed Davudoğluna hökumetin formalaşdırılmasına dair tapşırıq verib. APA-nın melumatına göre, bu barede Türkiye prezidenti administrasiyasının saytında derc edilmiş resmi melumatda bildirilir.

 

“Prezident Receb Tayyip Erdoğan bu gün Edalet ve İnkişaf Partiyasının rehberi Ehmed Davudoğlunu qebul edib ve ona Türkiyenin 64-cü hökumetini formalaşdırılmağı tapşırıb”, deye melumatda bildirir.

 

Yeni hökumetin terkibinin artıq sabah, noyabrın 18-de, elan edileceyi gözlenilir.  Türkiye Konstitusiyasına esasen, parlament 45 gün müddetinde yeni hökumeti tesdiq etmelidir.  

 

Qeyd edek ki, noyabrın 1-de Türkiyede keçirilmiş vaxtından evvel parlament seçkilerinin neticelerine göre, Edalet ve İnkişaf Partiyası parlamentde üstünlük (seslerin 49,50 faizi ve ya 550 yerden 317-si) ve tekpartiyalı hökumet formalaşdırmaq hüququ qazanıb. Parlamentde hemçinin Cümhuriyyet Xalq Partiyası (seslerin 25,32 faizi ve ya 134 yer),  Xalqların Demokratik Partiyası (seslerin 10,76 faizi ve ya 59 yer), Milliyyetçi Herekat Partiyası (seslerin 11,90 faizi ve ya 40 yer) yer alıb.    


Oxunub 217 defe