Xəbərlər ::

İQTİSADİYYAT :: (R) Amrahbank ilin en yaxşı HR komandası seçildi

18-11-2015 10:13

 

 

Amrahbank 16.11.2015-ci il tarixde “Bulvar” otelde “P World” beynelxalq şirketinin teşkilatçılığı, “Paşabank”ın, Fireworks HRM sergi şirketinin, AMCHAM teşkilatının sponsorluğu ile keçirilen xarici ekspertler qrupunun iştirak etdiyi “Baku HR Experience 3” (Bakı İnsan Resursları 3) adlı tedbir çerçivesinde orta ölçülü şirketler qrupunda “İlin HR komandası” müsabiqesinin qalibi elan olundu.

 

Melumat üçün bildiririk ki, Azerbaycanda fealiyyet gösteren en nüfuzlu yerli ve beynelxalq  şirketler, o cümleden Amrahbank, Germes Consulting, Nobel Oil Ltd, AZFEN B.M. ve diger önde geden şirketler müxtelif kateqoriyalar üzre müsabiqede iştirak edirdiler.

 

Müsabiqede iştirak etmek üçün müraciet eden şirketleri beynelxalq seviyyeli tanınmış ekspertlerden teşkil olunmuş münsifler heyeti qiymetlendirmişdir. “StrategyFocusedHR” şirketinin idareetme üzre direktoru (managing director) cenab Ron Thomas, “Diageo” beynelxalq şirketinin Avropada İnsan Resursları üzre keçmiş direktoru cenab Albert Hakkers, “Bristol-Myers Squibb” şirketinin Fransada İnsan Resursları üzre keçmiş vitse-prezidenti xanım Yolaine von Barczy, “Philips” şirketinin Deyişikliklerin İdareedilmesi ve Medeniyyet meseleleri üzre keçmiş qlobal rehberi ve vitse-prezidenti xanım Teddy Frank, “Deloitte” şirketinin Şimali Amerikada İnsan Resurslarının Tekmilleşdirilmesi üzre rehberi cenab Dennis Frank  münsifler heyetinin üzvü idiler.

 

Qiymetlendirme meyarlarına ise finala  namized şirketlerin son illerde kadrların inkişafı üzre elde olunmuş irelileyişleri, korporativ nailiyyetleri, kadrların idareolunması siyaseti üzre aparılan islahatları, işçi heyetinin artımı, korporativ tedbirlerin teşkili, iş mühitinde mövcud olan şeffaf şerait, işçi heyetinin inkişafı üzre yaradılmış perspektivler ve diger göstericiler daxil edilmişdir. “Amrahbank”ın son iller erzinde bu göstericiler üzre fealiyyeti beynelxalq ekspertler terefinden çox yüksek qiymetlendirilerek orta ölçülü şirketler qrupunda “İlin en yaşı HR komandası” üzre keçirilen müsabiqenin final merhelesinin qalibi elan edildi. Burada xüsusile qeyd etmek isterdik ki, Amrahbank 2013-cü ilde de “Baku HR Experience 1” müsabiqesinde orta ölçülü şirketler qrupunda “İlin en yaşı HR komandası” elan olunmuşdur. Beynelxalq seviyyeli tedbirde xarici ekspertler terefinden “Amrahbank”ın bu mükafata ikinci defe layiq görülmesi bankın kollektivi üçün çox qürurvericidir.

 

1993-cü ilde tesis edilmiş Amrahbank Azerbaycanın ilk ve aparıcı banklarından biridir. Amrahbank hem ferdi, hem de korporativ müşterilere bütün bank xidmet ve mehsullarını, o cümleden cari ve depozit hesabları, hesablaşma-kassa ve plastik kartlarla emeliyyatlar, yerli ve beynelxalq pul köçürmeleri, istehlak ve biznes kreditleri, senedli emeliyyatlar, ticaretin maliyyeleşdirilmesi ve diger bank xidmetlerini teqdim edir..

Behreyn Krallığında fealiyyet gösteren Beynelxalq İnvestisiya Bankı (www.iib-bahrain.com),  2008-ci ilden “Amrahbank”ın strateji sehmdarıdır.

 

Hal-hazırda 24 filiali ve 1 şöbesi fealiyyet gösteren bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lenkeran, Tovuz, Şemkir, Berde, Gence, Masallı, Goranboy kimi regionlarını ehate edir


Oxunub 277 defe