Xəbərlər ::

MƏDƏNİYYƏT :: Azerbaycanın yeni "Leyli ve Mecnun"ları belli oldu

18-11-2015 11:40

 

2007-ci ilde keçirilen 2-ci Muğam Müsabiqesinin qalibi, genc xanende Güllü Muradova ilk defe olaraq Opera ve Balet Teatrının sehnesine Leyli kimi çıxacaq. Payiz.Az-a açıqlama veren muğam ifaçısı bildirib ki, “Leyli ve Mecnun” operasında Mecnun rolunda teref müqabili, emekdar artist, Opera ve Balet Teatrının solisti Sebuhi İbayev olacaq: “Bu güne qeder sehnemizde ister yaşlı senetkarlarımız, isterse de genc senetçilerimiz Leyli rolunda çıxış edib. Her bir genc senetçinin arzusudur ki, opera sehnesinde bu möhteşem senet eserinde Leyli olsun. Mene de nesib oldu. Çox şanslı ve xoşbextem. Hemişe senet yoldaşlarımın teqdimatında “Leyli ve Mecnun” operasını izleyirdim ve Leyli ve Mecnun obrazına heyranlıqla tamaşa edirdim. Özüm o eserin içine daxil olandan sonra sanki yeni bir aleme düşdüm ve iki qehremana yeniden aşiq oldum.

Çox heyecanlıyam. Çalışacağam ki, ümidleri doğruldum. Bu işde mene kömek olan emekdar artist, tarzen Elxan Mansurov ve rejissorumuz Hafiz Quliyeve minnetdaram. Ustadlarım xalq artistleri Arif Babayev ve Mensum İbrahimovdan da meslehetlerimi alıram. Dekabrın 3-ü her kesi opera sehnesine devet edirem”.

 

G.Muradova teref müqabili S.İbayevden de söz açıb: “Sebuhi ile heyatda da dostuq. Düşünürem ki, sehnede uğurlu teref müqabili olmaq üçün heyatda da münasibetler qaydasında olmalıdır”.

 

Qeyd edek ki, tamaşanın quruluşçu rejissoru emekdar incesenet xadimi Hafiz Quliyevdir. Tamaşa dekabrın 3-de axşam saat 19-da teqdim olunacaq.

 


Oxunub 206 defe