Xəbərlər ::

İDMAN :: Azad Rehimov Çexiyaya getdi

18-11-2015 12:19

Azad Rehimovun Çexiyaya seferi başladı

 

Noyabrın 19-dan Çexiyanın Praqa şeherinde Avropa Olimpiya Komitesinin 44-cü Baş Assambleyası  ve İcraiyye Komitesinin iclasları  öz işine başlayır.

Gencler ve İdman Nazirliyinin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, gencler ve idman naziri Azad Rehimovun da qatıldığı Assambleyada ölkemizde uğurla keçirilmiş 1-ci Avropa Oyunlarının yekunları ile bağlı hesabat verilecek. Assambleyada Beynelxalq Olimpiya Komitesinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitesinin prezidenti Patrik Hiki, Milli Olimpiya Komiteleri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Ehmed el-Fahad el-Sabah iştirak edecekler.

Nazir Azad Rehimov öz çıxışında ölkenin birinci xanımı, Avropa oyunları Teşkilat Komitesinin rehberi Mehriban xanım Eliyevanın rehberliyi altında oyunların çox yüksek seviyyede keçirilmesinden danışacaq. Eyni zamanda Azad Rehimov 150 minden artıq genc arasında oyunların ölkeye ne vereceyi mövzusunda sorğu keçirildiyini ve neticede respondentlerin 80%-nin oyunların Azerbaycanın tanıtımında müsbet rol oynaması ile bağlı fikirlerini,  Emeliyyat komitesinde 2500-den artıq insanın, 12 minden artıq könüllünün çalışmasından, 1200-den artıq media nümayendesinin oyunları işıqlandırmasından ve Bakı 2015 Avropa oyunları ile bağlı diger mühüm ehemiyyet kesb eden mövzulardan söz açacaq.

Assambleyanın iclasları zamanı  Rio de Janeiro, Tokio Yay Olimpiya Oyunları ve Pyonçanq Qış Olimpiya Oyunlarının Teşkilat Komitelerinin hesabat xarakterli çıxışları olacaq.

2-ci Avropa Oyunlarının keçirilmesi ile bağlı müzakireler, yeniyetmeler arasında 2018-ci il Buenos Ayres yay ve 2016-cı il Lillehammer  qış Olimpiya Oyunlarına hazırlıq işleri i ile bağlı  geniş  teqdimatlar gündelikde duran meseleler sırasındadır.

Tedbir zamanı Rio 2016 yay Olimpiya Oyunları Teşkilat Komitesinin nümayendeleri ile Azerbaycan nümayende heyetinin oyunlarda  iştirakıyla bağlı meselelerin müzakiresi planlaşdırılır.

Assambleya 21 noyabr tarixinedek davam edecek. 

 


Oxunub 342 defe