Xəbərlər ::

SOSİAL :: Telebe ve mezunlar üçün virtual müessise açıldı

18-11-2015 12:29

Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyi ve Dünya Bankının birge “Sosial Müdafienin İnkişafı Layihesi” çerçivesinde İqtisad Universitetinde telebe ve mezunların yiyelendikleri ixtisaslar üzre nezeri biliklerle yanaşı, praktik bacarıqlara malik olmaları üçün virtual müessisenin resmi açılış merasimi keçirilib.

 

EESMN-nin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, nazir Selim Müslümov qeyd edib ki, heyata keçirilen uğurlu dövlet meşğulluq strategiyası ölkemizde işsizlik seviyyesinin 4,9 faizedek azalmasına sebeb olmaqla, gencler arasında işsizliyin azalması ile müşahide edilib. Hazırda respublika ehalisinin 28 faizini teşkil eden 15-29 yaşda olanlar arasında işsizlik seviyyesi öten ille müqayisede daha 0,4 faiz azalaraq 9,7 faize enib ki, bu da dünyada en aşağı göstericilerden hesab edilir. Eyni zamanda ölkemizde bu yaşda olanlar arasında iqtisadi feallıq seviyyesi 47,2 faize yükselib ve bu da dünya miqyasında müsbet gösterici kimi deyerlendirile biler.

 

S.Müslümov telebe ve mezunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv meşğulluq tedbirlerinin davam etdirildiyini diqqete çatdırıb: “Telebe ve mezunların uğurlu emek fealiyyetine başlaması ve karyeralarını meqsedyönlü şekilde davam etdirmeleri üçün esas şertlerden biri de onların emek bazarının teleblerine uyğun seviyyede bacarıqlara, lazımi tecrübeye, işgüzar keyfiyyetlere malik olmalarıdır. Bununla bağlı olaraq, hazırda dünyanın bir çox ölkelerinde interaktiv tedrisin eyani tecrübe esasında tekmilleşdirilmesine, telebe ve mezunların öz ixtisasları ile bağlı emek bazarında işgüzar bacarıqlar qazanmasına xidmet eden virtual müessiseleri, yeni tecrübe şirketleri fealiyyet gösterir. Müasir dünya tecrübesinde bele müessiselerin semereli olduğu öz tesdiqini tapıb. Azerbaycan da sayı 7500 olan virtual müessiselerin üzvler şebekesine qebul edilib ve öten ilden etibaren ölkemizde ilkin olaraq Azerbaycan Dövlet İqtisad Universitetinin ve Xezer Universitetinin bazalarında bu tecrübenin tetbiqine, virtual müessiselerin yaradılması işlerine başlanılıb”.

Nazir bildirib ki, bunun üçün müvafiq otaqlar ayrılaraq kompüter ve diger lazımi avadanlıqlarla techiz edilib ve beynelxalq ekspertler terefinden bu tecrübe müessiselerinde çalışacaq müellim heyeti üçün müvafiq telimler keçirilib. Bu sahede işlerin teşkili, habele aidiyyeti proqram teminatı barede aidiyyeti üzre EUROPEN-PEN İnternational şirketinden melumat elde olunub: “Bu bir tecrübe müessisesi olmaqla, telebe ve mezunlar burada real iş yerinde olduğu kimi fealiyyet gösterecek, öz ixtisasları ile bağlı emek bazarında emek şeraiti telebleri çerçivesinde praktik bacarıq ve verdişlere yiyelenecekler. Neticede ise onlar gelecekde çox asan şekilde emek bazarında özlerine yer tuta bilecekler”. S.Müslümov qarşıdakı dövrde bu sahede, elece de genclerin emek potensialının

keyfiyyetce yükseldilmesi, interaktiv tedrisin yaxşılaşdırılması ve s. sahelerde Azerbaycan Dövlet İqtisad Universiteti ile emekdaşlığın genişlendirilmesinin, bu meqsedle Anlaşma Memorandumu imzalanmasının da gündelikde duran meselelerden olduğunu qeyd edib.

 

Tedbirde iştirak eden tehsil naziri Mikayıl Cabbarov ölkede insan kapitalının inkişafı yönünde aparılan siyasetde peşe ve ixtisas tehsilinin mövcud emek bazarının şertlerine uyğun qurulmasının, telebe ve mezunların ixtisas bilikleri ile beraber praktik ve formalaşmış iş bacarıqlarına da malik olmalarının vacibliyini vurğulayıb. M.Cabbarov her bir telebenin, mezunun ixtisas bacarıqlarını reallaşdırmaları ve tekmilleşdirmeleri üçün virtual müessiselerin yaradılması tecrübesinin ehemiyyetli olduğunu, bunun genclerin karyera taleyinde mühüm rol oynadığını diqqete çatdırıb. Azerbaycan Dövlet İqtisad Universitetinin rektoru Edalet Muradov bu ali tehsil müessisesinde telebeler ve mezunlar üçün bele önemli müessisenin teşkili üçün bütün lazımi işlerin görüldüyünü, gelecekde de tecrübe müessisesinin meqsedyönlü fealiyyetinin temin edileceyini bildirib.

Bundan başqa, Dünya Bankının Azerbaycan nümayendeliyinin rehberi Larisa Lesçenko ölkemizde tetbiq olunan bu yeni tecrübenin uğurlu neticeler vereceyine eminliyini ifade edib.

 Sonra virtual müessisenin fealiyyetine baxış olub. Bu tecrübe müessisesi haqqında ümumi melumat verilib ve nümune kimi Avropanın virtual müessiselerinden biri ile onlayn rejimde biznes emekdaşlığına dair ticaret sövdeleşmesi aparılıb, layihenin Xezer Universitetindeki merkezi ofisi ile işgüzar sened dövriyyesi teşkil edilib. 

 


Oxunub 410 defe