Xəbərlər ::

SOSİAL :: Sehiyye Nazirliyi: “İrsi qan xesteliklerinden ölenlerin sayı xeyli azalıb”

18-11-2015 18:29

 

“Azerbaycanda fealiyyet gösteren qeyri-hökumet teşkilatı terefinden xaricden talassemiya üzre mütexessis devet edilib ve onlar Respublika Talassemiya Merkezide tedbir keçirtmek isteyibler. Bildiririk ki, onlar tedbiri Sehiyye Nazirliyi ile razılaşdırılmamış şekilde keçirmeye cehd edibler ve bunun qarşısı alınıb”. Bu barede APA-ya Sehiyye Nazirliyinin metbuat xidmetinden bildirilib.

 

“Onlara tedbirin keçirilmesi üçün başqa mekan teklif olunsa da, onlar bununla razılaşmayıblar”, - deye melumatda qeyd olunub.

 

Nazirlikden onu da bildiribler ki, bezi metbuat orqanlarında Merkezde xestelerin sağlamlığı üçün kifayet qeder şeraitin yaradılmaması ve ölüm hallarının artması ile bağlı deyilen fikirlerin heç biri esası yoxdur: “Respublika Talassemiya Merkezinde xestelerin müalicesi üçün yüksek şerait yaradılıb”.

 

O da qeyd olunub ki, Azerbaycanda irsi qan xesteliklerinden ölenlerin sayı xeyli azalıb.

 

Qeyd edek ki, dünen bir qrup şexs Respublika Talassemiya Merkezinin qarşısında aksiya keçirtmeye cehd edib.


Oxunub 265 defe