Xəbərlər ::

DÜNYA :: Zaqatalalı Xelilin evinden Niderland kral ailesine qeder uzanan MACERA DOLU HEYAT HEKAYESİ

18-11-2015 19:31

Niderland krallığı, Osterveyk şeheri.

24 fevral, 1945-ci il.

...Onu Niderland Müqavimet Herekatının baş qerargahına çağırmışdılar. Tecili qerargaha gelmişdi. Hansısa vacib emeliyyatamı gedecekdi, nedi, özü de tereddüd içindeydi. Qerargahda ondan başqa daha bir neçe partizan var idi. Amma tereddüdü bir anın içinde yox oldu. Qerargah reisi terefinden ona xüsusi arayış verilirdi. Teltifnameye, haradasa diploma oxşayan bir arayış. Orada ise ele belece de yazılmışdı. He, ele belece: “Memmed Memmedovla görüşen her kes ona hörmet etmeli ve ehtiram göstermelidir”.

...Düz 4 il idi ki, evinden-eşiyinden çıxmışdı Memmed. Tale onu  Qafqazlardan Niderlanda getirib çıxarmışdı. Bir vaxtlar belke de xeritede bele görmediyi bir ölkeye. İndi bu ölkenin insanları uzaq Zaqataladan bu dağlara gelib çıxmış “Medo”ya hörmet etmeli, ehtiram göstermeliydiler.

Niye?

Ne üçün?

Kim idi axı bu Medo-Memmed…

 

Zaqatalanın Muğanlı kendinde, Xelil kişinin ailesinde anadan olan 21 yaşlı bu cavan oğlan neler etmişdi ki… Niderlandın  “Cengever Titulu”nu almışdı, bu ölkenin Kral ailesinin şerefli üzvü olmuşdu?

 

...Onu esgerliye 18 yaşı olmamış çağırdılar. 1945-ci il,  yanvarında. 6 aydan sonra müharibe başlayacaqdı. Eslinde müharibe başlamışdı. Faşist Almaniyası Avropanı işğal elemiş, Sovet serhedine direnmişdi. Almanların SSRİ-ye hücum edeceyi an meselesi idi. Bu an ise 1941-ci ilin 22 iyununda yetişecekdi. Ve hemin o anda ise Memmed Ukraynanın Don vilayetinde idi. Döyüşlerin birinde almanların aramsız hücumlarına meruz qalan Memmedin batalyonu bütünlükde esir düşecekdi. Bütün sovet esirleri kimi meşeqqetli heyatı başlaycaqdı. Polşa, Almaniyadakı esir düşergelerinden sonra tale onu Hollandiyaya, bu ölkenin Osterveyk şeherine getirib çıxaracaqdı. Ve sen deme…

He, teeccüblenmeyin, Memmed tek deyildi Ostervekyde. Onunla beraber onlarla azerbaycanlı esir de bu şehere getirilmişdi. Sonradan tanınmış araşdırmaçı Elxan Elesgerova müsahibe veren müharibe veteranı, o dövrün şahidi Mariya Verviers deyecekdi: “Hemin esirlere alman uniforması geydirmişdiler. Onlar özleri haqda danışmağı xoşlamırdılar. Ya da onlara icaze vermirdiler. Sonradan melum oldu ki, bu adamlar ümumiyyetle  rus deyiller, azerbaycanlıdırlar. Onların veteni Azerbaycanı ruslar işğal etmişdiler. Onlar ise rus torpaqları uğrunda almanlara qarşı döyüşmüş ve esir düşmüşdüler”.

Azerbaycanlı esirleri Osterveykdeki Teresiya adlanan mektebde yerleşdirmişdiler. Yerli ehaliyle demek olar ki, az temasda olurdular. Esas işleri ise gece-gündüz meşede işlemek, senger qazmaq, ağac kesmek, anbar tikmek idi. Mariyanın dediyine göre, Osterveykdeki esirleri demek olar ki, hamı tanıyırdı. “Düzdür, biz onların dilini bilmirdik, el-ayaq hereketleri ile danışırdıq. Amma bir-birimizi anlayırdıq”.

 

Bu yerde DİQQET!

 

Maraqlıdır ki, Mariya  bir neçe esir azerbaycanlının adını çekir. Hetta soyadlarını bele söyleyir. Bizim qehremanımızdan, Memmed Memmedovdan başqa Mariya Famil Muradov ve Cahangir Zeynalovdan behs edir. Hetta sonuncunun leqebinin “Frans” olduğunu bildirir. He, bir de Eli Eliyevin adını çekir. Eli Eliyev müharibeden sonra Azerbaycana qayıtmayıb, Hollandiyanın Eyndhoven şeherinde qalıb. Orada evlenib, uşaqları var. Biz, bu setirlerin müellifi Eyndhovende olanda bütün cehdlerimize baxmayaraq Eli Eliyev ve övladları barede melumat ala bilmedik.

Elxan müellimle görüşdükde ise, o, maraqlı bir meqama toxundu: Sen deme, o, Tilburq şeherinde yerleşen arxive müraciet ederek oradan olduqca qiymetli bir sened elde edib. Yerli inzibati orqanlar terefinden 1945-ci ilin fevralında tertib edilmiş bu siyahıda ne az, ne çox 22 azerbaycanlı esirin adı var. Ve hemin senedden o da melum olur ki, bu esirler 1945-ci il mayın 3-e, qeder burada saxlanılıblar. Hemin esirlerin adlı ise ele belecedir. Her halda hemin senedde bele yazılıb:

 

Mamedov Rza Mirza oğlu

Addasov Agalu Sahib oğlu

Fetullayev Abilfat Vahab oğlu 

Kasaremov Eli Paşa Eliçan

Oxanov Stepan

Zeynalov Cahanqir Çamal oğlu

Eliyev Şaxmalı Allaxverdi oğlu

Hesenov Kamal Hesen oğlu

Memmedov Mexralı İskender oğlu

Nagiyev Hidayet Mexti oğlu

Xulaleyev Xulalu Rufulla oğlu

Muradov Famil Xanehmed oğlu

Qemberov Yaxya Nasrulla oğlu

Agayev Agadaşa

Nagiyev Niftella Yadulla oğlu

Allaxverdiyev Allaxverdi Hesenqulu oğlu

İbrehimov Seyfulla İbraqim oğlu

Xalukov Bibiqulu Raquf oğlu

Memmedov Memmed Xelil oğlu

Semedov Mexti Abas oğlu

Xudaverdiyev Ağaverdi İrqa oğlu

Naziriam Nağayi Aleksandriy oğlu

 

 

 

Bu adları oxudunuzmu? Belke babanızdır, eminizdir, hansısa qohumunuzdur? Onların bezileri barede konkret meqamlar da var. Meselen, Quba rayonunun Yenikend qesebesinden olan Hüseynov Rehman Elesger oğlu, Göyçay rayonunun Potu kendinden olan Ağayev Xudaverdi, Cebrayıl rayonunun Süleymanlı kendinden esgerliye çağrılmış Memmedeli Ağayev ve Memmed Müzefferov, Bakının Bülbüle kendinden olan Elekber Eliyev.  Diqqetle oxuyun bu siyahını, yaxınlarınızı tapa bilersiz.

 

***

He, tanınmış teleaparıcı Kanevskinin meşhur deyimi kimi çıxmasın, bu artıq başqa ehvalatdır. Biz “Medo”dan, Memmed Memmedovdan danışırdıq axı.

Memmed de hemin vaxt Osterveykdeydi. Müharibe zamanı gösterdiyi qehremanlıq ve Hollandiyanın müharibeden sonrakı yenidenqurma işlerinde xidmetlerine göre, bu ölkenin Kraliçası terefinden en yüksek herbi ordeni – “Oranc-Nassau Kral ailesinin Cengaveri”, “Müqavimet döyüşçüsü” ve “Sedaqetli Xidmet” medalları ile Kraliça terefinden teltif edilmiş, hemçinin 26 minlik Osterveyk şeherinin ilk fexri vetendaşı adına layiq görülecekdi. Amma bütün bunlar sonralar olacaqdı. Helelik ise…

Hele 1943-cü ildir. Hele ona efsanevi “Medo” leqebini vermeyibler. Bütün Niderland krallığında “Medo” adıyla meşhurlaşmağına hele var…

Ardını gözleyin. Çox maraqlı olacaq.

Sebuhi Memmedli, Eyndhoven, Hollandiya

 

Image result for bakcell

 

(Bu yazılar  Bakcell şirketinin desteyi ile hazırlanıb)


Oxunub 620 defe