Xəbərlər ::

DÜNYA :: İranda sabiq nazirin oğlu hebs olundu

19-11-2015 01:15

İranın sabiq medeniyyet ve islami irşad naziri Etaullah Mühaciraninin oğlu Mehemmed Möhsin Mühacirani hebs olunub. Trend-in Fars agentliyine istinaden verdiyi melumata göre, hebs olunan şexs rüşvetxorluqda ve 87 milyon dollar deyerinde itmiş neft platformasına dair cinayet işinde ittiham olunur.

 

Qeyd edek ki, öten il İranın Deniz Tehsisatları Şirketina mexsus ve deyeri 87 milyon dollar olan neft platformasının itmesine dair xeberler ölkenin saytlarında yayımlanmışdı.

 

İran parlamentinin enerji komissiyası bu şirketi yoxlamağa başladı ve bu şirketin iki direktoru haqqında cinayet işi açıldı. Altı ay sonra İranın mehkeme sisteminin sözçüsü Qulam Hüseyn Möhsini Ejeyi hemin cinayet işi ile elaqedar bir neferin hebs olunduğunu elan etdi.

 

Sabiq nazir Etaullah Mühacirani hazırda Londonda yaşayır. O, prezident Mehemmed Xateminin prezidentliyi dövründe medeniyyet naziri vezifesinde çalışıb.


Oxunub 269 defe