Xəbərlər ::

DÜNYA :: Pişik ölkenin qehremanı oldu

19-11-2015 06:31

İsveçde sahibesini yanğından xilas eden Nalle adlı pişik qehreman elan edilib.

 

Musavat.com-un melumatına göre, bu barede lenta.ru saytı xeber yayıb. Xebere göre, ev heyvanı bu titula ölkenin milli kanalı olan SVT-deki axşam şousunda layiq görülüb. Pişik Karlskrun şeherinde yaşayan 23 yaşlı sahibesi Anni Narvefoşu sonuncunun telefonu tüstülenmeye başlayan kimi oyadıb. Qız danışır ki, yuxudan ayılan kimi yanmış plastik qoxusunu duyub ve tezece başlamış yanğının qarşısını alıb. Baş vermiş son olaydan sonra pişik İsveçde sosial şebekenin sevimlisi olub, kanal SVT Nalleye teltifname, mükafat, elece de hediyyeler teqdim edib.

 

Pişiyin sahibesi Anni ise deyib ki, baş vermiş yanğından sonra geceler telefonunu şarja taxmağa qorxur. 23 yaşlı genc yaşlılara qulluq etmekle dolandığını deyib. İsveçlinin dediyine göre, pasiyentlerinden çoxu pişiyinin bu hereketi barede mediadan xeber tutub ve telekanallardan da onu izleyibler.


Oxunub 359 defe