Xəbərlər ::

SİYASƏT :: Türkiyede “parallel dövlet”i yazan Hanefi Avcı: “…baş naziri mühakime edecekdiler” - MÜSAHİBE

19-11-2015 11:49

 

 

Tehlükesizlik sahesinde Türkiyenin tanınmış dövlet adamı Hanefi Avcının APA-ya müsahibesi

 

- 7 iyundakı seçkiden sonra Türkiyede çox ciddi terror problemi baş qaldırdı. Bunun sebebleri nedir? Bunları ecnebi qüvveler  töretdirir, yoxsa Türkiyenin öz içinden maraqlı qruplar bu terror aksiyalarını heyata keçirir?

 

- Men bu işlerde ecnebi qüvvelerin barmağının olduğuna inanmıram, bunlar Türkiyenin öz içinden ireli gelen meselelerdir. Ecnebi qüvveler dünyadakı bütün ölkelere müdaxile etmek, orada mövcud olan yapıdan öz lehine istifade etmek isteyerler, amma bu meseleler Türkiyenin öz içinden ireli gelir. Hökumet illerden beri davam eden problemi hell etmek meqsedile PKK nümayendeleri ile gizli görüşler keçirirdi. O görüşler dayandırıldı. Hökumet deyirdi ki, PKK o prosesi pozdu, HDP ise deyirdi ki, hökumet bizi 10%-lik ölke baryerinin altına salmaq isteyir. Alem bir-birine qarışdı. Seçki hökumetinin böyük işler barede qerar qebul etmeye haqqı yoxdur. Seçki keçer, yeni hökumet istediyi addımları atar. Men bu müzakirelerin davam etdirilmesini isteyirem, ancaq bunu yeni hökumet etmelidir. Çünki sülh müzakireleri davam etdirilmese, bu prosesler içinden çıxılmaz veziyyete gelecek. Suriyada cereyan eden hadiselerin Türkiyeye menfi menada tesiri böyükdür. Oradan gelen İŞİD mensubları Türkiyenin müxtelif şeherlerinde, xüsusile HDP teşkilatlarına ve sol dünyagörüşlü insan qruplarına qarşı qanlı aksiyalar teşkil etdiler. Ecnebi terror teşkilatlarının Türkiyede qanlı hadiseler töretmeleri vahimeli hadiselerdir. Türkiyedeki sol qrupların teşkilatların hedefleri melum idi, onlar daha çox dövlet adamlarına ve obyektlerine hücum edirdiler, İŞİD-in aksiyaları ise hedefleri melum olmayan, Orta Şerq tipli qorxulu hadiselerdir. Sonrakı prosesler İŞİD-in tekce Suriyada yox, Türkiyede de ciddi teşkilatlanması olduğunu gösterdi, İstanbulda, Diyarbekirde, Ankarada, Antalyada, Antepde hücreleri olduğu anlaşıldı. Yeni bir terror dalğasının Avropanı ehate edeceyini müşahide edirik.

 

- Türkiyede başqa bir mübarize sahesi ise iqtidarla paralel yapı  arasındadır. Siz 2010-cu ilin avqustunda çıxmış “Haliçde yaşayan simonlar” adlı kitabınızda Türkiye dövletindeki paralel strukturu ciddi şekilde gündeme getirmişdiniz. Kitaba göre hebs edildiniz, 3,5 il içeride qaldınız. Hökumetin bu istiqametdeki addımlarını nece deyerlendirirsiniz?

 

- Eslinde son 20-30 ilde radikal islamçı cereyanların artdığını görürük. Bizde de İrana ve Seudiyye Erebistanına yaxın olan teşkilatlar vardı. Ekstremizm terefdarı olmayan, ele ona göre de ister Türkiyede, isterse de başqa ölkelerde qebul edilen icma da vardı. O icma dövlet qurumlarına girerek, dövletin gücünü qesb ederek bezi emeliyyatlar heyata keçirirdi. Onlar özlerine müxalif gördükleri dövlet adamlarını susdurmaq meqsedile saxta senedler düzeldib, onları hebs etdirir, işden uzaqlaşdırırdılar. Özlerine yaxın olan hakim ve prokurorları, polis mensublarını ise yüksek vezifelere getirirdiler. Bunun neticesinde Türkiyede ordu ciddi zerbe aldı, deniz qüvveleri fealiyyet göstere bilmez hala geldi. Bir çox şexsiyyet onların ittihamlarına meruz qaldı. Türkiyenin keçmişinde bezi qaranlıq hadiseler olmuşdu, paralel yapı işin evvelinde sanki keçmişle haqq-hesab çekirmiş kimi atmosfer yaradaraq ictimaiyyetin desteyini aldı. Ancaq qısa müddetden sonra melum oldu ki, paralel yapı ona müxalif olan adamları uzaqlaşdırıb her yere öz adamlarını yerleşdirir. Metbuatı susdurandan sonra hökumetin funksiyalarını elinden almağa, özü hökumet olmağa çalışdı. Paralel yapı elinde olan her şeyden istifade ederek polisi, edliyye ve prokurorluq mensublarını çıxdaş etmişdi. Orduya vurduğu zerbe ise en böyük xeyanetdir. Eslinde hökumet bezi vezifeli şexslerin qeti addımları sayesinde onların hücumunu geri püskürdüb, eks-hücuma keçe bildi. Belke menim yazdığım kitabların bezi dairelere etdiyi xeberdarlıqla hökumet özünü son anda xilas ede bildi. İndi o paralel yapıya qarşı dövletin tehlükesizlik qüvvelerinin ve edliyye sisteminin çalışması lazımdır. 1,5 ilden beri heyata keçirilen emeliyyatlarda telefonları dinleyen bezi qruplar, açıq şekilde qanunsuz işler görmüş bezi şexsler hebs edilib. Amma daha yüksek vezife tutmuş şexslerin fealiyyetleri araşdırılıb, lazımi tedbirler görülmeldir. Önümüzdeki bir neçe ilde aparılan istintaq işlerinin derinleşdirileceyine inanıram. Paralel yapının teser gücü aradan qaldırılana qeder hökumetin bu işleri davam etdirmesi lazımdır.

 

- Paralel yapının xaricde de güclü olduğu melumdur. Hökumet xaricde bu qrupla nece mübarize aparacaq?

 

- Xarici ölkelerde mübarize aparmaq daha çetindir. Bunun üçün buradakı senedleri oralara göndermek lazımdır. Xarici ölkelerde paralel yapının üzvü olan şexslerin suçları müeyyenleşdirilerse, onların Türkiyeye qaytarılmasına çalışılacaq. O prosesler 1-2 ilden sonra başlaya biler. Türkiyede onların fealiyyeti zerersiz hala getirilerse, beynelxalq arenada mübarize başlayacaq.

 

- Paralel yapının Türkiyeye ciddi problemler yaşatdığı dönemde siz “Haliçde yaşayan simonlar” kitabınızı  çıxardınız. Bu kitabı yazmağa niye ehtiyac hiss etdiniz, haradan ağlınıza geldi?

 

- Bizim vezifemiz Türkiyede tehlükesizliye nail olmaq idi. Bir müddetden sonra gördüm ki, bu icma dövletin selahiyyetlerini ele keçirib, onu iflic etmeye ve her yere öz kadrlarını yerleşdirmeye çalışır. Bunu görenden sonra evvelce öz nazirimle ve nazirliyin yüksek vezifeli şexsleriyle görüşdüm. O vaxtın daxili işler ve edliyye nazirlerine - Beşir Atalay ve Sedullah Ergine gedişatın yaxşı olmadığını izah etdim. İstanbul ve Ankaranın baş prokurorlarına veziyyet barede meruzeler etdim. Onlar lazımı reaksiya vermediler.

 

- Üzr isteyirem, siz o vaxt Edirnenin polis reisi idiniz, ele deyilmi?

 

- Edirnede idim, son dönemimde ise Eskişeherde. Baş Prokurorlar da herekete geçmeyince baş nazirin icra aparatının rehberi ve baş nazirin müşavirleri ile görüşerek veziyyeti onlara anlatdım, mütleq şekilde mane olunmasını istedim. Heç kimden destek görmedim, eksine, hamı icmanı destekledi. Onda qerara geldim ki, kitab yazaraq sesimi xalqa çatdırım. Hem xalq gerçeklerle tanış olsun, hem de icma bizim bu işlere laqeyd qalmadığımızı görsün. Kitabı dövleti, xalqı oyandırmaq meqsedile yazdım, icmanın pis veziyyetde qoyduğu insanların öz haqlarını teleb etmesini isteyirdim. Ümid edirdim ki, icma o kitabı görüb geri addım atacaq. Dövlet adamlarının menim deşifre etdiyim nöqtelerden icmaya qarşı mübarize aparacağını düşünürdüm. Teessüf ki, o cür olmadı, tam eksine, qısa müddetde meni hebs etdiler, 4 ferqli teşkilata yardım etmekden cinayet işi qaldırıldı. Peşemden uzaqlaşdırıldım, nazirlik 10-dan çox müfettişi menim işlerimle meşğul olmağa tehkim etdi. Paralel yapı ise öz fealiyyetine davam etdi. Menim evvelceden gördüyüm kimi, onlar bu ölkeye hakim olmaq isteyirdiler. Ona göre polisi, mehkemeleri, prokurorluqları ele keçirib orduda tesir gücü qazanandan sonra keşfiyyatı ele keçirmek istediler. Bilirsiniz ki, 7 fevral 2012-ci ilde Milli İstihbarat Teşkilatına qarşı emeliyyat keçirmeye cehd gösterildi. O emeliyyat baş tutsaydı, MİT-in texminen 200 işçisini hebs edecekdiler. Bütün bunlara baxmayaraq, hökumet icmaya qarşı tesirli tedbirler görmek yerine bir neçe prokurorun, polisin yerini deyişdirdi, keşfiyyat teşkilatının rehberini ve bir neçe yüksek vezifeli şexsi qoruyan qanun qebul etdi. Ancaq qarşısındakı en böyük tehlükenin özüne teref geldiyini görmedi. İcmanı tamamile kenarlaşdırmaq yerine, xırda tedbirlerle özüne teselli verdi. Daha sonrakı prosesde icma hökumetin üzvlerini ve yüksek vezifeli memurları hebs etmek üçün emeliyyat hazırladı. Prokuror ve hakimlerden istifade ederek hökumeti aradan qaldırmağa teşebbüs gösterdi. 17 ve 25 dekabrdakı emeliyyatlar eyni vaxtda başlayacaqdı, ancaq bir hakimin ayıqlığı sayesinde icmanin qarşısı alındı. Ondan sonra paralel yapı hökumete qarşı elinde olan bezi senedleri yaymağa başladı. Orada gördük ki, baş nazirin ve bütün nazirlerin kriptolu telefonları, dövletin en gizli toplantıları dinlenilib. Bunların bir hissesi mediaya verildi. Eslinde ellerindekilerin 1%-ni mediaya verdiler.

 

- Elemi?

 

- Tebii ki. Çünki bu cür çalışmalarda 10 xeber dinleyersiniz, 1 xeber çıxar. Her materialdan istifade etmeye bilersiniz. Son 3 ilde baş naziri ve nazirleri, medianı, böyük şirketleri, iş adamlarını dinleyibler, izleyibler, bütün  nazirlerin qanunsuz hereketleri barede qovluqlar toplayıblar. Eger başarılı olsaydılar, baş nazirin, nazirlerin, yüksek vezifeli memurların mühakime edileceyi onlarca mehkeme prosesi olacaqdı. Bir qismi qeyri-qanuni hereketlerden, bir qismi İrana casusluq etmekden, bir qismi vetene xeyanet etmekden ve s.

 

- Paralel yapı bütün bunları öz gücüyle toplayıb, yoxsa ecnebi qüvvelerin onlara yardımı olub?

 

- Hal-hazırda bunu deye bilirem ki, bu adamlar dövletin imkanlarından  istifade ederek bu işleri özleri görübler. Dövletin polisi, mehkemesi, keşfiyyatı bunların eline verilib. Dövletin dinleme sistemlerini, teqib sistemlerini bunlar ele keçirerek bu işleri görübler, dövlet ise bunu izlemeyib. Ecnebi qüvvelerin desteyine ehtiyacları olmayıb. Bundan sonrakı dönemde ortaya neler çıxar? Onu göreceyik. Onların bundan sonra xarici keşfiyyatların qucağına düşmeleri daha asandır. Çünki olduqları ölkeni terk etmemek üçün o ölkelerin keşfiyyatı ile  emekdaşlıq etme mecburiyyeti yarana biler.

 

- 5 il evvel kitabınız çıxanda Türkiyenin qısa müddetde en çox qazanan yazarı olmuşdunuz. Kitab çıxandan 2 ay sonra hebse girene qeder 550 min eded satıldığına ve sizin 1 milyon dollar qonorar aldığınıza dair iddialar vardı.

 

- (Gülür.) Kitabın resmi satışı 450 min eded oldu. Qeyri-resmi satış ise 1 milyon ededden çoxdur, qanunsuz şekilde çox çap edildi.

 

- Sizi peşenizden de uzaqlaşdırmışdılar, mehkeme qerarıyla qayıda bildinizmi?

 

- Hal-hazırda mehkeme prosesleri davam edir. 15 il ceza vermişdiler, Ali Mehkeme onu leğv etdi. 5-6 aydan, belke 1 ilden sonra bunların hamısının temize çıxacağına inanıram.

 

- Paralel yapı ile mübarizede hökumetin size emekdaşlıq teklifi oldumu?

 

- Mehkeme prosesleri davam etdiyine göre, hal-hazırda hökumetin mene iş vermesi mümkün deyil. Ancaq kitablarımdakı fikir ve düşüncelerimden istifade etdiklerine inanıram. Hazırda dövletde vezife almağım hüquqi cehetden mümkün deyil.

 


Oxunub 375 defe