Xəbərlər ::

SOSİAL :: Tağı Ehmedov: “Bir gün dalaşmayanda, gece yata bilmirdim” – MEKTEB İLLERİ

19-11-2015 12:31

İndiyedek  yegane müsahibedir ki, fotoqrafımız Ramil işini bitirenden sonra fotoaparatı stola qoyub müsahibede sona qeder iştirak edir. Amma evveller işini görüb, derhal da sağollaşıb gederdi. Bu defe onu saxlayan ise müsahibin semimi ve maraqlı söhbeti oldu.

 

 

Müsahibim jurnalistlerle yola getmir. Ya da eksine, jurnalistler onunla yola getmir. Ele müsahibeye de giley-güzarla başladıq. Bezi jurnalistlerin qeyri-peşekarlığından xeyli gileylendi. Dinledikce, ona da haqq verdik. Belelikle, mezeli, duzlu söhbetiyle Payiz.Az-ın “Mekteb illeri” layihesinin növbeti qonağı Bakı Metropolitenin sabiq reisi, Yasamal rayon YAP teşkilatının sedri Tağı Ehmedovdur.

 

 

Tağı Ehmedov 1954-cü ilde Şahbuz rayonunun Yuxarı Remeşin 7 illik orta mektebine gedib. Hem de 5 yaşında.

 

 

- Görünür anadan gelme yeke olmuşam deye, tevellüdüme baxmayıblar. Boy -buxunuma baxıb, gönderibler mektebe. Afet Hüseynova ilk müellimim olub. Mektebi bitirende sinifde cemi sekkiz nefer idik: bir oğlan, yeddi qız. Afet müellimeden başqa ikinci sinifde Ehliman müellim, İbrahim müellim, rehmetlik Seyyare müellim de ders deyib. İbrahim müellim ele yeke beş yazırdı ki, defterin yarısını tuturdu. O vaxt dayım esgerlikdeydi. Bu beşleri mektubla dayıma gönderirdim.

 

 

Yeddinci sinfi bitirende 12 yaşı olub. Senedlerini texnikuma verende götürmürler ki, on iki yaşında yeddinci sinfi qurtarmaq olmaz. Sonra Naxçıvan Kend Teserrüfatı Texnikumuna daxil olur. 65-de oranı bitirir. İki il kend teserrüfatında çalışır. 69-cu ilin dekabrında, esgerlikden qayıdandan sonra Bakıya gelir. 70-ci ilde metro tikintide işe başlayır. Hem de...

 

 

- Hem de Politexnik İnstitutuna qebul oldum. Gece işleyirdim deye, gece növbesinde de oxudum. Metroda işlediyime göre, ikinci ixtisas olaraq indiki Memarlıq İnşaat Universitetine girdim. Üç il de orda oxudum. 81-ci ilde bir az bekar olanda iki illik ingilis dili kursuna getdim. Bitmedi daha. Sonra Moskvada Demiryolu İnstitutuna qebul oldum. Müeyyen sebeblere göre tehsilimi yarımçıq qoyası oldum. Bakıda elmi işimi müdafie eledim. Texnika elmleri namizediyem. İndi de Memarlıq ve İnşaat Universitetinde ders deyirem.

 

 

- Parta yoldaşınız kim olub?

 

- Xalam qızı. Keklikle hemişe de mübahise ederdik ki, kim çox şeir bilir? Deqiq elmlerde meni qabaqlasam da, şeirde  meni üsteleyirdi. Onun qardaşını, xalamın balaca oğlunu keşfiyyata gönderirdim ki, gör Keklik şeiri hara qeder öyrenib?

 

Ve başlayır şeirlerin adlarını sadalamağa. “Xeyir ve şer”e gelince şeiri iller sonra başdan ayağa ezber söyleyir.

 

- Eger Keklik menden çox öyrenmişdise, men tez ondan da çox ezberleyirdim. Amma Keklik edebiyyatı menden çox yaxşı bilirdi. “Nedamet ve şikayet” şeiri çetin mövzudur. Ümumiyyetle, Sabirin dili çetindir. Bu şeiri men üçüncü sinifde ezberlemişdim. Qardaşım yeddide oxuyurdu. “Nedamet ve şikayet”i ezberlemek isteyirdi. O oxuduqca, men ondan tez qavradım. Men şeiri ezberden deyende geldi meni döydü ki, men oxuyub bilmirem, bu menim oxuduğumdan ezberleyir (gülür). Edebiyyat müellimimiz rehmetlik Namaz Namazovuydu. Edebiyyatı çox güclü bilirdi. Dil-edebiyyatı bize heddinden artıq maraqlı keçirdi. Ona göre de herden şeir de yazıram. Edebiyyata sevgim günü bu gün de qalıb. O vaxt bir müellimim vardı. Rauf Bektaşi. Çox gözel müellim, insanıydı. Bir qolu yoxuydu. Texnikumda oxuyanda çörek tapmaq dehşet idi. Gece adyala bürünüb mağazanın qabağında yatırdıq ki, seher bir tike çörek alaq. Onda bele bir şeir yazmışdım:

 

Aldığımız qara çörek,

Her gün vurur bize kötek.

Lap olmuşuq hacıleylek.

Sağ ol seni, kommunizm!

Biz dedik ki, addım ataq ireli

Demedik ki, sen yüz ile geleli

Gelsin qoy başına Quran elleri

Gelme, istemirik, seni kommunizm!

 

Bu 12-13 bendlik şeir idi. Teessüf ki, sadece iki bendi yadımda qalıb. Rauf müellim ekinçilikden ders deyirdi. Keçende görüb ki, şeir yazıram. Aldı oxudu. Teneffüsde meni çağırdı. Dedi, oğul, o yazdıqlarını cır at getsin. Seni ele bir belaya salarlar ki... nesillikce yox ederler. Günah da sende olar”.

 

 

-  Kommunizme qarşı olmaq aileden gelirdi?

 

 

- Yooox, yox, özüm.  Atam partiyaçı idi. Ömür boyu da partiya biletini cibinde gezdirib. Haqsızlığa qarşı mübarize özümden gelirdi. İndi de beleyem. Haqsızlıq, edaletsizlik görsem, döze bilmirem ve sesimi qaldırıram. Bezen bunun mene zereri de olur. Siz jurnalistlerle o qeder mübahiselerim olub?! Jurnalist gerek sözün esl menasında jurnalist olsun. İki sözü bir-birinin ardınca qoşa bilmeyen gelib jurnalist olursa, vay o jurnalistikanın halına. Bir defe yazmışdılar ki, Tağının gelini ermenidir. Zeng eledim hemin redaksiyaya. Dedim, iki gelinim var. Balaca oğlumun arvadı qardaşım qızıdı. Böyük oğlumun arvadının da doğum haqqında şehadetnamesini gönderirem. Bir defe de haqqımda yazmışdılar ki, guya men ölmüşem. Merhumla görüş de Yasamal rayonu üzre YAP teşkilatında olacaq. Bele dırnaqarası jurnalistler de var. Texnikumda oxuyanda “Şerq qapısı” qezetine meqale yazırdım. Meqaleni jurnalist kimi yazmırdım, pula göre yazırdım. Yazıb aparırdım, meqalem de çıxan kimi qezetin qapısını kesdirirdim ki, pulumu ver.

 

 

Jurnalistlerden sonra indiki genclere iradını bildirir.

 

- Barışa bilmirem genclikle. Barışa bilmirem neye göre? O gün dersde biri gelib ki, müellim, xahiş edirem, mene icaze ver. Deyirem, dersden de vacib ne işin var? Deyir, günorta namazımı qılmamışam. Axşamı da qılmasam qezaya qalır. Deyirem, Qurandan bir şey bilirsen? Deyir, yox. Deyirem, onda get öyren. Mehemmed peyğember deyib ki, otuz il ibadet etmekdense, bir saat elmle meşğul olmaq yaxşıdır. Men sene elm öyredirem, sen deyirsen namazımın vaxtı keçir. İndi men bu telebeni ne cür başa salım ki, düz hereket elemir?!

 

 

 

 

 

 

- Bes Tağı Ehmedov özü nece şagird olub?

 

 

- Daim hazırlıqlı şagird olmuşam. Orta mektebi hemişe yaxşı oxumuşam. Elece de texnikumda. Elaçı olacaqdım, ancaq şuluqluğuma göre, qiymetimi salırdılar. O vaxt bizi pambıq yığımına aparırdılar. Çox az pambıq yığırdım. Öyreşmemişdim. Buna göre de elaçı ola bilmedim. Heddinden artıq nadinc olmuşam. Ele yeddi ilik mektebde de, texnikumda oxuyanda da. Bir gün dalaşmayanda, gece yata bilmirdim. Yerime girende de fikirleşirdim ki, nece oldu ki, men bu gün dalaşmamışam? Universitetde oxuyanda telebelerin ekseriyyeti qız idi. Çox nadinc idim. Otururdum arxa partada. Sizin kimi gözel qızların saçlarını bir-birine hörerdim. Müellim hirslenerdi, meni lap arxa sıraya göndererdi. “Çenlibel” deyerdik ora. Böyük auditoriya idi. Arxa sırada yaman soyuq olardı. Deyirdim, müellime, axı soyuq olacaq! Müellime soruşurdu ki, bes soyuq olacaqsa, niye şuluqluq edirsen? Deyirdim, müellime, gelin baxın, vallah, bunların saçı hörülmek isteyir.

 

 

- Dalaşanda döyürdünüz, döyülürdünüz?

 

 

- Texnikumda oxuyanda çox xırdaydım. Bayaq dediyim kimi, hem yaşca onlardan balacaydım, hem de boyca. Yataqxanada qalırdım. Demeli, kim tezden dururdu meni döyürdü. Hesen adlı bir oğlan vardı. Telebe yoldaşım. Pambıq yığıb saat almışdı özüne. Saatı tez-tez dayanırdı, yaxşı işlemirdi. Bir gün qaçanda, men dedim ki, aye, yavaş qaçın, Hesenin saatı dayanacaq! Onda Hesen meni yaxşıca ezişdirdi. Sinif rehberimize xeber verdiler ki, Hesen Tağını döyüb. Heseni qaldırdı ki, niye Tağını döymüsen? Qayıdıb ne dese yaxşıdı? Tağını döyende nolar ki?!

 

 

 

Adeten müsahiblerim sevdiyi ve sevmediyi fenler arasında bölgü eder. Tağı müellimin ise sevmediyi fenn yoxdur.

 

 

- Bu fikrin müellifi kimdi, bilmirem. Deyir, en pis yazıçının bele eserini oxuyanda orda bir şey tapa bilersen. Kimyanı çox sevmişem. Arzum kimya müellimi olmaq idi. Teessüfler olsun ki, bu mene qismet olmadı. Mektebimiz yeddi illik olduğundan coğrafiya, astronomiya, anatomiya keçmemişem. Bu gün çox peşmanam. Fenlerin hamısı gözeldi.

 

 

- Mekteb illerinde dostunuz kim olub?

 

 

- Qızlar. Hemişe qızlarla dostluq etmişem. Heç bir vaxt kişi dostum olmayıb. Mektebde oxuyanda da, ingilis dili kursunda da, institutlarda da. Qızlar söz gezdiren olmur. O sirri sen ona deyirsense, o hemişe bir daş altında, bir daş üstünde qalacaq. Ona göre de, qızlar dostluğa daha çox etibarlıdır.

 

-H ele de ünsiyyet saxladığınız sinif yoldaşlarınız var?

 

 

- Var. Her kende gedende yeddi illik mektebdeki uşaqların hamısıyla görüşürem. İnstitutdakı qızların ekseriyyetiyle, Azerbaycan İnşaat Mühendisleri İnstitutundakı telebe yoldaşlarımın ekseriyyetini işe qebul elemişdim, öz ixtisaslarına uyğun metropolitende işleyirdiler.

 

 

- Tağı müellim dersden qaçıb?

 

 

- Yox, bunu özüme sığışdırmamışam. Yusif Memmedeliyevin qardaşı Nüsret Memmedeliyev bize kimyadan ders deyirdi. Birce defe Nüsret müellim “kim dersi bilir?” soruşanda, qızla söhbet eleyim deye, başımdan elemekçün “bilmirem” dedim. Bir bunu tarix boyu özüme bağışlamamışam. Bezi avara uşaqlar olurdu ki, dersden qaçmayana söyüş qoyurdular. Dersden qaçmaq menim eqideme göre bağışlanmaz bir şeydir. Biz ele tesevvür edirdik ki, müellim çörek yemir. İnşaat Universitetinde öz müellimlerimle paralel ders deyirem. Onlarla görüşende özümü universitet müellimi kimi yox, telebe kimi aparıram.

 

 

 

Mekteb illerinde sevgiye gelince, Tağı müellim mektebden mezun olanda cemi 12 yaşı olub.

 

- On iki yaşında sevgi-mehebbet olar?

 

- Yeddi yaşından sevenler var.

 

 

- O heç (Gülür). Nevem bağçaya gedir. Gelir, qızla öpüşür. Soruşuram, sevirsen onu? Deyir, he, baba. İndiki zemane uşağı başqa. Kend mektebinde bu qeyri-mümkün olan şeydi.

 

 

Mekteb illeri İkinci Dünya müharibesinden sonrakı illere düşdüyünden xoş xatireleri yoxdur.

 

 

- Kederli xatire soruşsan, ne qeder desen danışaram. Xoş xatirem ise yoxdu. Çox acınacaqlı veziyyet idi. Tesevvür edin ki, evden mektebe qarın içinde ayaq yalın getmişem. Mektebin direktoru görüb meni mektebden qovub. Men ağlaya-ağlaya tezeden qarın içiyle ayaq yalın eve gelmişem. Böyük qardaşım mene çarıq tikib, onu geyib getmişem. Bu çarıq menim üçün toy-bayramıydı. Meselen, yeddi illikde oxuyanda bir dene bele kitabım olmayıb. Müellim ne danışıbsa, ancaq ondan öyrenmişem. Bir dene kitabın üzüne baxmamışam. Olmayıb çünki.

 

Sonda Tağı müellimden sovet tehsiliyle indiki tehsili müqayise etmeyini xahiş edirik.

 

 

- Sovet tehsili güclü idi. İndiki tehsilden qat-qat yaxşıydı. Sovet tehsiline men bu gün qayıtsam, etika, estetika, elmi kommunizmi derslikden çıxarardım. Sırf ixtisas fenlerini keçerdim. Dördüncü kursa ders deyirem. İxtisasdan bir semestr ders veribler. Çox azdı. Halbuki ixtisas fennini birinci kursdan tedris etmek lazımdı. 


Oxunub 385 defe