Xəbərlər ::

İQTİSADİYYAT :: Dövlet Neft Şirketinin yeni binasına 30 ton qızıl daşınacaq

19-11-2015 15:05

 

Merkezi Bankda saxlanılan qızıl ehtiyatını öz binasına köçürür

 

Yaxın vaxtlarda Azerbaycan Dövlet Neft Fondunun (ARDNF) Merkezi Bankda (AMB) saxlanılan qızıl ehtiyatları fondun binasında qorunacaq.

 

“APA-Economics”in melumatına göre, bu barede Azerbaycan Dövlet Neft Fondunun investisiya departamentinin emekdaşı Elnur Babayev melumat verib.

 

“Hazırda bu istiqametde işler gedir. Binanın tam tehlükesizliyi, saxlanma anbarında işleyecek şexslerin müeyyenleşdirilmesi, polisin celb olunması ve diger prosesler var. Bu işler bir az vaxt alacaq. Amma yaxın müddetde bu işler yekunlaşacaq”, - deye E. Babayev vurğulayıb.

 

Hazırda qızıl ehtiyatı ARDNF-in ümumi portfelinin 3,3%-ni teşkil edir.

 

Qeyd edek ki, fondun 30 ton qızıl ehtiyatı var.

 

Xatırladaq ki, AMB-den evvel fondun qızıl ehtiyatları Londonda “JP Morgan” bankında saxlanılıb ve hisse-hisse ölkeye getirilerek saxlanmaq üçün Merkezi Banka tehvil verilib.


Oxunub 320 defe