Xəbərlər ::

SOSİAL :: Milanda Azerbaycan pavilyonunu 3 milyondan çox insan ziyaret edib

19-11-2015 17:35

 

“Milan Expo 2015” ümumdünya sergisinde Azerbaycanın iştirakının yekunları ile elaqedar noyabrın 19-da Heyder Eliyev Merkezinde metbuat konfransı keçirilib.

 

Heyder Eliyev Fondundan Payiz.Az-a verilen melumata göre, merkezinin direktoru Anar Elekberov “Milan Expo 2015” ümumdünya sergisinde Azerbaycan pavilyonu layihesinin heyata keçirilmesi ile bağlı görülen işlerden danışıb. Bildirilib ki, “Planetimizi qidalandıraq, heyat üçün enerji qazanaq” (“Feeding the Planet, Energy for Life”) devizi altında keçirilen “Milan Expo 2015” sergisine maraq heddinden artıq böyük olub.

 

Qeyd edilib ki, “Milan Expo 2015” sergisinde dünyanın 145 ölkesinden yalnız 54-ü, o cümleden Azerbaycan öz milli pavilyonunu teqdim edib. “Azerbaycan: Biomüxtelifliyin xezinesi” adlandırılan dördmertebeli, 2000-dek kvadratmetr erazide teşkil olunan milli pavilyonumuzun temeli 2014-cü ilin iyulunda qoyulub. İyirmi beş ay erzinde 300 neferden ibaret işçi qrupu ümumdünya sergisinde Azerbaycan pavilyonu layihesinin hazırlanmasında iştirak edib.

 

“Milan Expo 2015” sergisinde Azerbaycan milli pavilyonunda işlerin Heyder Eliyev Fondu ve Heyder Eliyev Merkezinin desteyi ile teşkil olunduğunu söyleyen Anar Elekberov deyib: “Hem xarici, hem de yerli mütexessisler terefinden hazırlanan layihenin yekununda arxitektura ve tertibat baxımından gözel iş erseye geldi. Azerbaycan milli pavilyonu ölkemiz üçün en uğurlu layihelerden biri oldu”. A.Elekberov layihenin heyata keçirilmesinde Heyder Eliyev Fondunun prezidenti Mehriban Eliyevanın desteyini xüsusi vurğulayıb. O bildirib ki, Azerbaycan Prezidenti İlham Eliyevin gösterişleri ve tapşırıqları neticesinde işler tez bir vaxtda başa çatdırıldı.

 

Merkezin direktoru dünyada qidalanma sahesinde çağırışlara yeni cavablar axtarmaq üçün çox önemli bir mekan olan sergide ölkemizin “Azerbaycan: Biomüxteliflik xezinesi” pavilyonu ile uğurla temsil olduğunu söyleyib. İtaliya hökumetinin Azerbaycan pavilyonuna “Milan incisi” adı verdiyini bildiren A.Elekberov deyib: “Azerbaycan pavilyonunun tikintisi bir neçe ay erzinde başa çatdı. İlk pavilyon idi ki, mart ayında artıq “Milan Expo 2015”e tikintinin başa çatması haqqında meruze etdik. Mayın 1-de ise pavilyonun açılışını etdik”.

 

A.Elekberov gözel tebiete ve bioloji müxtelifliye malik Azerbaycanın coğrafi ve iqlim müxtelifliyini, medeniyyetini, incesenetini, füsunkar tebietini, leziz metbexini, qedim enenelerini, keçmişini ve bu gününü daha etraflı teqdim etmek üçün serginin geniş imkanlar yaratdığını vurğulayıb. Qeyd edib ki, Azerbaycan milli pavilyonunun elde etdiyi uğurlar Ermenistanın “Milan Expo 2015” de iştirakdan imtina etmesine sebeb olub.

 

Merkezin direktoru bildirib ki, ümumilikde altı ay erzinde 23 milyondan çox insan “Milan Expo 2015” sergisini ziyaret edib. Bu müddet erzinde Azerbaycan milli pavilyonunda 3 milyon 250 minden çox izleyici olub. Anar Elekberov pavilyonun erazisinde, hemçinin IDEA Biomüxteliflilik Parkının olduğunu qeyd edib. Erazisi 400 kvadratmetr olan parkda Azerbaycanda IDEA terefinden heyata keçirilen ekoloji layiheler, flora ve faunanın, nesli kesilmekde olan heyvanların qorunması üzre tedbirler barede melumat verib. Burada müxtelif ekoloji tedbirlerin keçirildiyini diqqete çatdırıb. O bildirib ki, parkda quraşdırılmış böyük monitorlar vasitesile birinci Avropa Oyunları nümayiş etdirilib.

 

Milandakı Azerbaycan milli pavilyonunun ölkemize köçürüleceyini söyleyen Merkezin direktoru deyib: “Biz isterdik ki, pavilyonu Azerbaycanın en gözel guşelerinden birinde quraşdıraq. Bezi dövletler öz pavilyonlarını artıq sökdüler. Amma biz bildirdik ki, pavilyonu Azerbaycana qaytaracağıq. Pavilyonun Bakı Bulvarında quraşdırılması meselesine baxılır. Şeherde uyğun mekanın ayrılması ile bağlı Nazirler Kabinetine ve Bakı Şeher İcra Hakimiyyetine müraciet etmişik. Hazırda ise pavilyonun qardan, yağışdan qorunması üçün işler aparılır. Bu işler texminen iki hefte davam edecek. Bundan sonra ise konkret addımlar atacağıq”. Anar Elekberov qeyd edib ki, pavilyon Bakıda qurularken hazırkı mezmun ümumen saxlanılacaq, lakin müeyyen yenilenmeler edilecek”.

 

Direktor vurğulayıb ki, layihe Azerbaycanın dünyada tanınması işine xidmet edib: “Hesab edirem ki, ölkemizin 2015-ci ilde Avropa Oyunlarında qazandığı uğurdan sonra bu sergi bizim növbeti yüksek neticemiz oldu”.

 

Pavilyonun memarı Rikardo Ciqolotti Azerbaycanın ecazkar tebiete, zengin medeniyyete malik olduğunu, layiheni hazırlayarken bu elementlere xüsusi fikir verdiyini söyleyib. Sergide en gözel pavilyonun Azerbaycana mexsus olduğunu deyen R.Ciqolotti ictimaiyyetin bu layiheni maraqla qarşılağını bildirib.

 

Metbuat konfransında, hemçinin Azerbaycan pavilyonu ile bağlı videoçarx nümayiş olunub.

 

Qeyd edek ki, pavilyonda qurulan 3 biosfera etraf mühiti ve qedim medeniyyeti daim harmoniyada olan Azerbaycanı tecessüm etdirir. Pavilyonu ehate eden taxta divarlar bu diyara xas olan küleyin ve hemişe burada dövr eden medeni ve yaradıcı axının remzidir.

 

 

Pavilyonun birinci mertebesi “Sesler simfoniyası” adlanır. Burada Azerbaycanla bağlı melumatlar teqdim olunub. İkinci mertebede - “Rengler simfoniyası”nda iqlim, landşaftla bağlı melumatlar çatdırılıb. Üçüncü mertebe “Dadlar simfoniyası” adlanır. Bu mertebede milli metbexle bağlı nümuneler teqdim edilib.

 

Dördüncü mertebede ise restorandır.

 

Pavilyonun tikintisi zamanı 18 kilometr qaynaq işleri, 15 ton demir istifade edilib. Bundan elave, 680 şüşe panel de istifade olunub. Pavilyonun mezmununun hazırlanması ile elaqedar Azerbaycan 150 gün çekiliş edib ve bu çekilişler bütün regionları ehate edib.

 

Pavilyonun Milanda fealiyyet gösterdiyi müddetde, hemçinin tehsil, medeniyyet, elm, iqtisadiyyat ve diger sahelerde müxtelif konfranslar, biznes forumlar teşkil olunub.

 

Milli pavilyon İtaliyanın Etraf Mühit ve Deniz Ehtiyatlarının Mühafizesi Nazirliyinin “Davamlı Ekspoya doğru” proqramı çerçivesinde “Dizayn ve materiallar” nominasiyası üzre en uğurlu ekoloji layihe kimi mükafatla teltif olunub ve milli pavilyonlar sırasında öz kateqoriyası üzre en gözel pavilyon seçilib. 


Oxunub 254 defe