Xəbərlər ::

HADİSƏ :: Elman Mehdiyev Şamaxıda vetendaşlarla görüşüb

03-08-2015 14:40

Dövlet Sosial Müdafie Fondunun sedri Elman Mehdiyev  Şamaxıda Heyder Eliyev Merkezinde mecburi dövlet sosial sığorta ödeyicileri ve pensiyaçılar üçün qebul keçirib.

Foddan Payiz.Az-a verillen melumata göre, qebulda iştirak eden Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdemir rayonlarının sakinleri esasen pensiyaların yeniden hesablanmasının bir sıra hüquqi aspektleri, pensiya teyinatı, emek pensiyası növünün deyişdirilmesi,  o cümleden başqa dövletlerin erazisinde qazanılmış iş müddetlerinin, elece de müvafiq arxiv senedlerinin olmaması sebebinden keçmiş sovet dövründe işledikleri müddetin emek stajlarına daxil edilmesi ile bağlı müracietler edibler. Görüş zamanı hemçinin, emek pensiyasının üzerine qulluq stajına göre elavenin hesablanması, eyani tehsil müddetinin sosial sığorta stajına daxil edilmesi ve diger meselelere dair çoxsaylı teklif ve şikayetler dinlenilib.

Vetendaşların rahatlığının temin olunması meqsedile Dövlet Sosial Müdafie Fondunun sspf.gov.az resmi internet saytında qebula evvelceden yazılmaq imkanı yaradılıb, müraciet üçün elaqe nömreleri gösterilib. Hemçinin,  qebulda iştirak edenlerin Fondun müvafiq rayon şöbelerinin inzibati  binasının qarşısından xüsusi ayrılmış neqliyyatla qebulun keçirildiyi ünvana aparılıb- getirilmeleri temin olunub.

Dövlet Sosial Müdafie Fondunun mesul emekdaşlarının, o cümleden Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdemir rayonlarının şöbe müdirlerinin iştirakı ile keçirilen qebul zamanı ümumilikde 30-dek vetendaşın müracietine baxılıb. “Açıq qapı” şeraitinde davam etdirilen görüşde her bir vetendaşın müracieti diqqetle dinlenilib, Fondun sedri Elman Mehdiyev onların problemlerinin helli ile bağlı müvafiq tedbirlerin görülmesi üçün konkret tapşırıqlar verib ve müracietlerin bir qismi yerindece hellini tapıb. Qebul zamanı Fondun selahiyyetlerine aid olmayan meselelere dair vetendaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyeti orqanlara müraciet edilmesi qerara alınıb.

Qebulun teşkilinden razı qaldıqlarını vurğulayan sakinler pensiyaçıların sosial rifahının daha da yaxşılaşdırılması istiqametinde ardıcıl ve meqsedyönlü şekilde heyata keçirilen işlere göre Prezident İlham Eliyeve öz minnetdarlıqlarını bildiribler.


Oxunub 394 defe